Siyasət (25-12-2015, 17:12)
Əli Həsənov: “Azərbaycan bu vəziyyətdən çıxacaq”
“Jurnalistlərimizi ilk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə təbrik edirəm. Gələn il çətin il olacaq, dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir. Ancaq biz bu vəziyyətdən çıxacağıq, vəziyyətdən çıxmaq üçün dövlətin müvafiq konsepsiyası var”.
Mediatv.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyim Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə keçirdiyi fərdi jurnalist müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimdə Azərbaycan prezidentinin köməkçisi Ə. Həsənov deyib.
Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir: “Azərbaycan mediasının da əzmi imkan verəcək ki, gələcəyə uğurla addımlayaq. Prezidentinin qarşısında Azərbaycan dövlətinin maraqlarının müdafiəsi, faydalı qarşılıqlı əməkdaşlıq dayanır. Media Azərbaycan hakimiyyətinin tərəfdaşı, partnyorudur. Dövlət başçısı da dəfələrlə deyib ki, medianı oxuyur və ona uyğun da idarəçilik qurur. Cəmiyyətinin rəyinin hakimiyyətə çatdırılması mühüm vəzifədir və biz bundan sonra da bundan istifadə edəcəyik. Bizimlə bağlı hansı qərəzli kampaniya aparılır, aparılsın, Azərbaycan heç bir dövlətdən geri qalmır, ölkədə söz və mətbuat azadlığı təmin olunub. İstənilən tərəflə bu barədə diskussiya apara bilərik”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024