Siyasət / Slayd (23-11-2015, 21:51)
Ramiz Əhmədov: “Gecə vaxtı “Bandotdel”in zirzəmisinə notarius gətirdilər”
Ötən həftə Zülfüqarlı qardaşlarına məxsus olan, 2005-ci ildə onların əlindən təhdid və zorla alıındığı deyilən zavodların kollektivləri müraciət yaydılar. Müraciətdə deyilir ki, sahibkarlara qarşı edilən qanunsuzluqlar MTN-dəki cinayətkar dəstəsinin fəaliyyəti ilə məhdudlaşmır və “Bakı Poladtökmə”, “Elektroştamp”, “Xəzərboru” zavodları da quldurluq yolu ilə öz sahiblərindən alınıb. Ən maraqlısı odur ki, vaxtilə 1500-ə qədər işçisi olan bu zavodlar indi tamamilə işləmir. Yüzlərlə adam işsiz qalıb və iş yerlərinə qayıtmaq istəyirlər. İndi hər kəsə maraqlıdır ki, bir halda zavodları işlətməyəcəkdilər, yaxud işlədə bilməyəcəkdilər, nə üçün onları başqalarının əlindən alıblar. “Elektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədovla müsahibə də elə bu mövzudadır.
- Ramiz müəllim, siz də daxil olmaqla zavodun fəhlələri ölkə başçısı İlham Əliyevə və ictimaiyyətə müraciətə etmisiniz. Müraciətdə deyilir ki, zavodların fəaliyyəti dayanıb. Tamammı dayanıb?
- Bəli, hər 3 zavod tamamilə dayanıb. Təkcə “Elektroştamp” zavodunda 2011-ci ildə tam fəaliyyətini dayandırana qədər 500-ə qədər işçi çalışırdı. Sovetlər dağılandan sonra çökmüş zavodları yenidən quran, yeni dövrə uyğunlaşdıran, daim investisiya qoyan, onu çalışdırmağı bacaran sahibkar və idarəçi Nurəddin Zülfüqarlı mühacir həyatı yaşayır. Zavodlar isə boş zibilliyi xatırladır indi. Biz sadəcə prezidentin sahibkarlara qarşı diqqəti artırmaqla bağlı son fərman və çıxışlarından, həmçinin Milli Təhlükəsizlik Nazirliyində baş verən olayların aşkarlanmasından ruhlanaraq məlum müraciəti yaydıq.
- Bəs Zülfüqarlılar “Bakı Poladəritmə” və “Elektroştamp” zavodlarını götürdükdə bu müəssisələr hansı vəziyyətdə idi?
- Keçirilən tenderdə Nurəddin Zülfüqarlı qalib olduqdan sonra biz zavoda gəldik. Bura bərbad halda idi, 5-6 nəfər görünürdü ki, onlar da mühafizəçilər idi. 2002-ci ilin mayında mərhum prezident Heydər Əliyev sahibkarlarla görüşdə Nurəddin Zülfüqarlıdan soruşmuşdu ki, nə qədər iş yeri aça bilərsən, 100 nəfər işçi çalışdıra bilərsənmi? Nurəddin müəllim cavab vermişdi ki, 100 yox, 200-300 nəfər işlədə biləcəklər. Amma daha çox oldu və işçilər artmaqda idi.
- Nə qədər investisiya qoyuldu?
- Təxminən 10 milyon dollara yaxın yalnız “Elektroştamp”a . Yeni dəzgah parkları yaradıldı, avadanlıqlar yeniləndi, sexlərdə rekonstruksiya işləri görüldü, zavodun bərbad halda olan inzibati binası təmir olundu. Türkiyədən qalvanizasiya sexi gətirdik. Durmadan yeniləyirdik zavodu. Ölkənin hər yanından sifarişlər alırdıq. 1 il sonra isə tamamilə dayanmış, bərbad halda olan, istehsal sexlərinə yağış yağan, gölməçəliyə çevrilmiş “Bakı Poladtökmə” zavodunu götürdük, 20 milyon dollara qədər sərmayə qoyduq, onu da müasir hala gətirdik, dünyanın hər yerindən yeni qurğular aldıq. Tez bir zamanda orada da 500-ə qədər adam işləməyə başladı.
- Əməkhaqqı yüksək idimi?
- Təsəvvür edin ki, zavodları götürəndə fəhlələr aylarla əməkhaqqını ala bilmirdi. Biz köhnə əməkhaqqını ödədik, sonra əmək xəsarəti alanların da maaşı verildi, hətta zavodun köhnə borclarını da ödədik. Zamanına görə ən yaxşı maaşlar verirdik. Sahibkar xüsusi tapşırıq vermişdi, hər bir işçinin xeyir işi olan, yaxud yası düşəndə onlara yardım edilirdi. Xəstələrin müalicəsi kömək edilirdi. Yeməkxanalar təzədən quruldu, fəhlələrə pulsuz yemək verildi, rəhbərlik və sahibkar özü də onlarla birlikdə yemək yeyirdi. İş şəraiti yaxşılaşdı, işçilər pulsuz paltarlarla təmin edildi.
- Amma bu günlərdə “Bakı Poladəritmə”ni işlədən Rasim Məmmədov mətbuata bildirmişdi ki, onların işi davam edir, heç bir problem yoxdur.
- Onun söylədikləri ağ yalandır. Hazırda gedib görə bilərsiniz ki, zavodun qapısına böyük bir qıfıl asılıb, 3-4 mühafizəçi qalıb. Bizim qurduğumuz, aldığımız dəzgah və avadanlıqlar sökülüb aparılıb.
- Hara aparılıb?
- Bizdə olan məlumata görə, “Bakı Steel Company”ya aparıblar.

- Bəs işlədə bilirlərmi?
- Xeyr.
- Bəs sizin işlər yaxşı gedirdimi?
- Azərbaycanın ilk “ixrac qaranquşları” məhz bizim müəssisələr idi. Xarici valyutanın Azərbaycana daxil olması Zülfüqarlı qardaşlarının istehsalatdakı işləri ilə bağlı oldu. Gürcüstana, İrana məhsul satırdıq. Vergi də daxil olmaqla bütün ödənişləri vaxtında edirdik.
- Nəhayət, gələk zavodların Zülfüqarlı qardaşlarından alınmasına. Hər şey nədən və nə zaman başladı?
- Mən 2002-ci ildən Zülfüqarlı qardaşları ilə işləyirəm, elə o zamandan icraçı direktor kimi də çalışıram. Hadisələrin şahidi olduğumdan, hər şeyi olduğu kimi danışacağam. Heç kəsin yaxın durmadığı bu müəssisələri Nurəddin müəllim ayağa qaldırdı və zavodlar işləyəndə ona tamah salanlar artdı. Həmin vaxtlar çoxlu inhisarçılar zavoda gəlirdi, mən sonradan eşitdim ki, Əmlak Komitəsinin sədri Kərəm Həsənov özü də Nurəddin müəllimi çağırıb müəssisələrin təhvil verməsini istəmişdi.
- Bəs kimə qaytarılması barədə konkret ad çəkirdimi?
- Ad çəkmirdi, sadəcə, göstərişin yuxarıdan olduğunu deyirdi. Güman ki, Nurəddin müəllim bu barədə daha konkret danışa bilər. Kərəm Həsənov tələbinə “yox” cavabını almışdı. 2005-ci ilin dekabrın 9-da Nurəddin Zülfüqarlının əmisinin yası idi, o yasdan çıxanda yolda həbs olundu. Sanki terrorçunu, dövlət çevrilişinə hazırlaşanı, erməni quldurunu həbs edirmişlər, başına torba keçirib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışdılar. Mən o zaman “Bakı Poladəritmə”nin direktoru idim, xəstə anamın yanında idim və məni təcili zavoda çağırdılar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları zavoda doluşmuşdular. Heç bir etiraza məhəl qoymadan bir-iki saat zavodda axtarış aparıldı.
- Nə axtarırdılar?
- Sənədləri axtarırdılar. Baş müsahib Haqverdi Rəcəbov evindəki tədbiri yarımçıq qoyub zavoda qayıtdı. Onu görən kimi “bizə sən lazımsan” deyib, məni də, onu da “Bandotdel”ə apardılar.
- Sizə məhkəmə qərarı göstərdilərmi?
- Xeyr. “Bandotdel”in zirzəmisinə salınanda Nurəddin müəllimin orda olduğunu bildik. Biz şokdaydıq, çünki prezident o zaman sahibkarlarla görüşüb dəstəyini ifadə etmişdi. Səhərə qədər zirzəmidə saxladılar, səhər yenidən zavoda gətirdilər, zavodun fəaliyyətinin dayandığını gördük. Aydın oldu ki, Loğman və Rövşən Zülfüqarlı da həbs olunub. Yenidən “Bandotdel”ə qaytardılar, generalın kabinetinə daxil olanda sanksiya olmadan nəyə görə həbs olunduğumuzu sual etdik. Cavab verdi ki, sizi 3 ay müddətində şübhəli şəxs qismində saxlamalıyıq. İkinci səbəb kimi polisə müqavimət göstərdiyim söylənildi. Məni polisə müqavimət ittihamı ilə Nərimanov Rayon Məhkəməsinə apardılar, hakim Solmaz Əhmədova idi, o da yazıq kimi üzümə baxıb hökmü oxudu. Sual verdim ki, heç olmasa polisə harada müqavimət göstərmişəm, yerini deyin. Çünki zavod Binəqədi şosesindədirsə, özüm Sabunçuda yaşayıram. Bildirdilər ki, hadisə Dəmirçi küçəsində olub. Amma indiyə qədər də Dəmirçi küçəsinin yerini bilmirəm. Sonradan mənə bunların Nurəddin və Loğman Zülfüqarlıya təsir etmək məqsədi daşıdığını anladım. Yeri gəlmişkən deyim ki, həmin günlərdə “Elektroştamp” zavodu MTN-nin əməkdaşlarının nəzarətində idi.
- Bəs məqsədə çatdılarmı?
- Bəli, çox sayda yaxınlarının həbsi, onları daha ağır bəlaların gözləməsi ilə bağlı təhdidlərdən sonra məqsədə nail oldular, Nurəddin müəllim azadlıqda olan qardaşı Baxış Zülfüqarlıya etibarnamə verdi. Təsəvvür edin ki, etibarnaməni notarius həbsxanada və gecə təsdiqlənmişdi. Baxış Zülfüqarlı həmin etibarnamə ilə onlara məxsus səhmləri ekpress üsulla dərhal təhvil verdi.
- Sonradan məlum oldu ki, zavod lerikli bir çobanın adına keçirilib...
- Bəli, Gəray Məmmədov adlı adam idi. Sonradan biz onunla söhbət edəndə məlum oldu ki, heç nədən xəbəri yox imiş. Adi vaxt Qiymətli Kağızlar Komitəsindən sənəd almaq üçün sifariş verirsən, 15-20 günə cavab verilir. Bir gecədə “Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının 80 faiz səhmləri sahiblərindən alınaraq Gəray Məmmədovun adına keçirildi. Ardınca qardaşları sərbəst buraxdılar. Buna baxmayaraq, Zülfüqarlı qardaşları yenə ruhdan düşmədilər, fəaliyyətlərini bərpa etməyə başladılar. Bu da uzun çəkmədi. Sonradan Rasim Məmmədov zavodu işğal etdi və müxtəlif yerlərdən aldıqları ağır hədələrdən sonra qardaşlar mühacirətə getdi.
Yeri gəlmişkən, Gəray Məmmədov Kərəm Həsənovun birinci müavini Rüstəm Şahbazovun sürücüsünün qohumudur. Özü deyirdi ki, kənddə onu "kasıb milyonçu" adlandırmaqlarından pis hala düşür. Xətai Rayon Məhkəməsində keçirilən proses zamanı isə məlumat aldıq ki, Gəray Məmmədovun adından səhmlər alınıb “Baku Steel Company”nin adına keçirilib.
“Elektroştamp” zavodunun hazırkı durumu
- Bəs “Xəzərboru” zavodu necə oldu?
- Zülfüqarlı qardaşları böyük yatırımların hesabına Buta qəsəbəsində, səhralıq bir yerdə sıfırdan başlayaraq, 8 ay ərzində Zaqafqaziyada tayı olmayan “Xəzərboru” zavodunu qurdular. Zavodda qaz və su üçün böyük diametrli spiral borular istehsal edilirdi. Türkiyədən baha başa gələn boruların gətirilməsinin qarşısını aldıq, çünki aşağı qiymətlə istehsal etməyə başladıq. Amma günün birində SOCAR mühafizəçilərini töküb zavodun fəaliyyətini dayandırdılar.
- Müraciətinizdə zavodların qaytarılmasını tələb edirsiniz. Bəs bu qədər itkidən sonra yenidən bərbad vəziyyətə düşmüş zavodları işə sala biləcəksinizmi?
- Tam əminliklə deyirəm ki, əmlaklar geri qaytarılsa, çox yüksək sürətlə iş fəaliyyəti bərpa olunacaq. Bunun nəticəsində təxminən 2 min nəfərlik iş yeri açacağıq. Prezidentin son qərarlarından və göstərişlərindən sonra ümidimiz artıb. Əgər Nurəddin müəllimə və qardaşlarına ölkəyə qayıtmasına icazə verilsə, onlar zavodları bərpa edə biləcəklər və yüzlərlə adam öz işinə qayıdacaq.

Meydan.tv
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024