Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (11-06-2015, 22:49)
"Kərəm Həsənov düzgün adamdır, o iş adamlarını heç zaman incitməz" - Hacı İbrahim Nehrəmli danışdı

“Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun ona məxsus “Həsən-96" şirkətini məhkəməyə verməsi məsələsinə münasibət bildirib.


Hacı İbrahim Nehrəmli Publika.az-a açıqlamasında deyib ki, mətbuat bununla bağlı məsələni xüsusilə şişirdir: “Biz artıq razılığa gəlmişik. Orada 10 metrlik özəlləşdirilməmiş yer var idi ki, artıq həmin yerin özəlləşdirilməsi işinə başlanılıb. Hazırda biz qanun çərçivəsində həmin yeri özəlləşdiririk, heç bir problem yoxdur. Kərəm Həsənov düzgün adamdır, o iş adamlarını heç zaman incitməz. Mənim onunla heç bir problemim yoxdur. Ümumiyyətlə, mənim heç kəslə problemim yoxdur. Mən hər kəslə yola getməyi bacaran adamam. Həm Kərəm Həsənov, həm Hacıbala Abutalıbov mənim yaxın dostlarımdır. Hacıbala Abutalıbov da ağsaqqal adamdır. Sadəcə olaraq, özəlləşməmiş bir yer var idi. Bizə deyilən kimi, biz də qanun çərçivəsində addımlar atdıq”.

Hacı İbrahim Nehrəmli işçilərin əmək haqlarının verilməməsi barədə yayılan məlumatlara da toxunub: “Bu yaxınlarda bir nəfər çıxıb dedi ki, mən əmək haqqımı tələb edirəm. Biz də onun maaşını dərhal verdik. İndi digər işçilər də çıxıb maaşlarını istəyirlər. Bizə deyirlər ki, başqasının maaşını dərhal verə bilirsən, bizim də maaşımızı dərhal verin. İndi biz də yavaş-yavaş hər kəsin maaşlarını qaytarırıq. İki aylıq əmək haqları verilməmişdi, indi biz də gündəlik onları işçilərə qaytarırıq. Sadəcə olaraq, bir az səbir etmək lazımdır, biz heç kəsin maaşını kəsməyəcəyik, qəpiyinə kimi qaytaracağıq. Üç min nəfər işçidir, onların hamısının maaşını bir gündə vermək mümkün deyil. Bunun üçün 2 həftə vaxt lazımdır”.

Hacı İbrahim “Xəzər adaları” layihəsini davam etdirəcəyini söyləyib: “Bu layihəni başlatmışamsa, təbii ki, davam etdirəcəm. Bu layihə dünyaca məşhurdur və Azərbaycanın adıdır. Bu layihəyə nə qədər investisiya qoyanlar və qoymaq istəyənlər var. Layihəni dayandırsam, həm mənim üçün, həm də Azərbaycan üçün biabırçılıq olar. Bu layihəni dayandırmaq olmaz. Çünki son hadisələr zamanı da bəlli oldu ki, mənim günahım yoxdur, düzgün qərar qəbul olundu. İndi hər şey yavaş-yavaş qaydasına düşür, heç bir problem yoxdur. İnşallah, Avropa Oyunları başa çatandan sonra gələn ay böyük bir təqdimat keçirəcəyik. İki ay dalbadal sürpriz açılışlar edəcəyik”.

İş adamı “Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı da təəssüratlarını bölüşüb: “İlk Avropa Oyunları bizim qürurumuzdur, bu Oyunlara mütləq mən də gedəcəm. Tapşırmışam, bizim şirkətdən gedəcək insanlar üçün 100 nəfərlik bilet alınıb. Fəxr edirəm ki, Avropa Oyunları Bakıda keçirilir. İnşallah, Avropa Oyunlarının açılışına da gedəcəm”.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024