Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (7-07-2015, 19:57)
ABŞ Ankaradakı zirvə görüşünü dinləyib – Sensasion təfərrüat

ABŞ Ankaradakı zirvə görüşünü dinləyib – Sensasion təfərrüat

 

Amerika Milli Təhlükəsizlik Agentliyinin (NSA) iki il yarım bundan əvvəl Türkiyə kəşfiyyatının (MİT) rəhbəri Hakan Fidanın yüksəkvəzifəli şəxslərlə keçirdiyi toplantını dinlədiyi iddia olunub. 
Avropa.info xəbər verir ki, Almaniyanın “Focus” jurnalının yaydığı məlumata görə MİT rəhbəri Hakan Fidan yüksəkvəzifəli şəxslərlə keçirdiyi və Süleyman Şah türbəsinin bombalanaraq Suriya ilə müharibə yaratmaq planlarının müzakirə olunduğu iddia olunduğu iclas ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən dinlənilib. 
Jurnalın yayımlanan yazısında MİT agentliyi iddiasıyla Almaniyada həbs olunan Məhəmməd Taha Gergerlioğlunun məhkəmə prosesindən də bəhs edib. 
Jurnal həmçinin Gergerlioğlunun MİT rəhbəri Hakan Fidan tərəfindən Almaniyada xüsusi vəzifə dalınca göndərildiyini yazıb. 
Jurnal Fidanın iki il yarım bundan əvvəl o vaxtın xarici işlər naziri Əhməd Davudoğlu, xarici işlər müşaviri Firudin Sinirlioğlu və silahlı qüvvələrin qərargah rəisinin müavini Yaşar Gülər ilə keçirdiyi görüşün NSA tərəfindən dinləndiyini irəli sürüb. 
Xəbərdə həmçinin Gergerlioğlu ilə birlikdə Türkiyə vətəndaşı Əhməd Duran Y. və Almaniya vətəndaşı Göksel G.-nin mühakimə olunduğu məhkəmə prosesində Fidanın Almaniyadakı casuslarının yalnız səfirlik və ya konsulluq kimi yerlərdə deyil eyni zamanda səyahət agentlikləri, banklar, məscidlər və qəzetlərdə də çalışdığı iddia edilib.
Jurnal həmçinin MİT-ə kömək etmək istəyən Almaniyadakı gənc türklərin Türkiyədəki əsgərlik müddətlərinin qısaldıldığı və Almaniyaya döndükləri zaman casus kimi istifadə edildiklərini yazıb. 
ABŞ-ın ən mühüm kəşfiyyat orqanlarından olan Milli Təhlükəsizlik Agentliyi dinləmə skandallarıyla dünyanın gündəmini zəbt etmişdi. 
NSA-nın sabiq əməkdaşı Eduard Snodenin sızdırdığı sənədlərdə təşkilatın 2010-cu ildə Torontoda keçirilən G-20 zirvəsində iştirak edən bütün liderləri dinlədiyi iddia olunmuşdu. 
“Washington Post”-un xarici ölkədəki telefon danışıqlarının 100 %-ni dinləmək qabiliyyətinə malik sistem yaratdığını irəli sürdüyü NSA-nın 122 dövlət və hökumət başçısı haqqında məlumat topladığı bildirilmişdi. 
Ən son keçən iyun ayında “Wikileaks”-in internet saytında yayımladığı ətraflı məlumatların Fransanın “Liberation” qəzeti və “Mediapart” xəbər saytı ilə paylaşdığı "Yelisey casusluğu" adlı hesabatda NSA-nın Fransa prezidentləri Jak Şirak, Nikola Sarkozi və Fransua Hollandın dinlədiyi bildirilmişdi. 
 
Vüsal Əliyev
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024