Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-07-2015, 10:26)
Almaniya kanslerinin idarəsi də dinlənilib

c94e4a0f7f57d006ac26c028f5be2c63

 

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyi Almaniya kansleri idarəsinin əməkdaşlarının telefon danışıqlarını dinləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə WDR və NDR telekanalları, həmçinin “Sueddeutsche Zeitung” qəzeti “Wikileaks”-in yeni sənədinə istinadən məlumat yayıblar.
Məlumata görə, MTA və MKİ kəşfiyyat orqanlarının xüsusi şöbəsi – Toplama üzrə Xüsusi Xidmət (Special Collection Service — SCS) bir neçə il ərzində telefon danışıqlarını dinləyib. Protokola əsasən, SCS abreviaturası 2011 –ci ildə meydana çıxıb.
Məlumata görə, Almaniya kanslerinin Avropa siyasəti üzrə müşaviri Nikolaus Mayer-Landrut və Fransanın sabiq prezidenti Nikolya Sarkozinin müşaviri arasında aparılan danışıqlar dinləməyə məruz qalıb.
Qeyd olunan şöbə – SCS-ə bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snouden tərəfindən ifşa olunmuş sənədlərdə də rast gəlinib. Əldə olunan məlumatlara əsasən, Toplama üzrə Xüsusi Xidmətinin aktivliyi ABŞ-ın Berlindəki səfirliyi də daxil olmaqla ümumilikdə təxminən 80 məkanda qeydə alınıb.
Qeyd edək ki, iyulun 1-də Almaniyanın WDR və MDR radiostansiyaları, həmçinin Süddeutsche Zeitung nəşri “Wikileaks” təşkilatına istinadən yaydıqları məlumata əsasən, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Almaniya kansleri Angela Merkel də daxil olmaqla, bir neçə nazirin, dövlət qurumlarının digər rəhbərlərinin və yüksək vəzifəli məmurların telefonunu ən geci 1990-cı illərdən dinləyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024