Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-06-2015, 21:58)
Hökuməti kimlər təşkil edəcək? – AKTUAL

 

Partiyalar 45 günə bu məsələni həll etməli, ya da oktyabrda yenidən seçkiyə qatılmalıdırlar

Türkiyədə parlament seçkiləri sona yetsə də, «Hökumət necə qurulacaq?» - sualı çoxlarını düşündürür. Qəribədir ki, heç kim 10 faizlik barajı aşmış dörd partiyadan hansıların koalisiyada bir araya gələcəyinə dair proqnoz verə bilmir. Baxın, partiyalardan əslində heç biri AKP ilə birlikdə olmaq istəmir. Hərəsinin özünə görə şərtləri mövcuddur. Amma bu partiyaların sədrləri seçki ərəfəsində və sonrasında bəyanat verməsinə baxmayaraq, bu gün bəzi müşahidəçilər CXP istisna olmaqla yerdə qalan partiyaların AKP ilə koalisiyaya girə biləcəyini istisna etmir. Məsələn, götürək HDP-ni. Bu partiya məhz AKP iqtidarının yürütdüyü açıq siyasətin nəticəsində bu gün 10 faizlik barajı aşa bildi və parlamentə öz nümayəndələrini keçirdi. Yəni məhz AKP seçki proseslərini şəffaflaşdırdı və demokratikləşdirdi. Çözüm prosesini ortaya atan, dəstəkləyən və başa çatdırmağa çalışan da məhz başda indiki prezident Rəcəb Tayyib Ərdoğan olmaqla AKP iqtidarıdır. Yəni bu yaxşılıqların əvəzində HDP-nin AKP ilə birlikdə hökumət qurmaq istəməməsi ədalətsizlik olardı. 
MHP-yə gəlincə, bu partiya bir sıra qəti qərarların qəbulunda əvvəlki parlamentdə də AKP-nin layihələrini dəstəkləyib. Ona görə də çoxları tərəfindən hətta tənqid edilən MHP bir növ milli maraqları tapdamaqda günahlandırılıb. Düzdür, Dövlət Baxçalı AKP ilə bir araya gəlmək istəmədiyini, koalisiya yaratmaq zərurəti ortaya çıxarsa isə, dörd şərt irəli sürür. Bunun ən maraqlısı isə çözüm prosesini dayandırmaqdır. Buyurun HDP-çilər, siz koalisiyaya getməsəniz MHP gedəcək və o zaman kürd məsələsinin həllinə göstərilən səylər və indiyədək çəkilən əziyyətlər də atılacaq arxivlərə. Sizə bu lazımdırmı?
CXP isə özünü ana müxalifət partiyası hesab edir və onun AKP ilə yaxınlaşmasına sadəcə quru qüruru yol vermir. Elə bu səbəbdəndir ki, CXP-ni hakimiyyətdə görən olmayıb. Bu da öz seçimləridir, təkbaşına iqtidara gəlincə müxalifətdə qalacaqlar. 
Hər halda qaydalara görə prezident koalisiya yaratmaq haqqını ilk olaraq ən çox səs toplayan partiyaya – AKP-yə verəcək. Bundan öncə isə baş nazir Əhməd Davudoğlu hökumət başçısı postundan istefa verəcək və prezident də yeni hökumət qurulunca bu postda qalmağı ona həvalə edəcək. Bu sadə protokol qaydasıdır…
Maraqlıdır, AKP-nin özünə daha yaxın gördüyü, ittifaqa girə biləcəyi partiya hansıdır? Bu gün Türkiyə mətbuatı yazır ki, hakimiyyətə yaxınlığı ilə seçilən, «Yeni Şafak» qəzetinin yazarı Əbdülkadir Selvi bu barədə məlumatlıdır. Doğrudan da, o deyib ki, AKP-nin ürəyində ancaq MHP ilə ortaq hökumət qurmaq istəyi var. Hətta AKP millətçiləri razı salmaq üçün Böyük Millət Məclisinin sədri vəzifəsini MHP-yə - Maral Akşenerə verməyi nəzərdə tutub. 
Bu gün AKP qarşısında bir neçə seçim mövcuddur ki, bunlardan birincisi koalisiyalı hökuməti təşkil etməkdir. MHP, baxmayaraq ki, sədr Dövlət Baxçalı müxalifətdə qalacaqları barədə açıqlama vermişdi, 13 ildir elə iqtidara kənardan baxmaqdadır. Üstəlik, M.Akşener TBMM sədri seçilərsə, bu Baxçalıya jest kimi dəyərləndiriləcək və məqsəd də son anda millətçiləri AKP ilə ittifaqa girməyə həvəsləndirmək ola bilər. Düzdür, hələlik bu müstəvidə iki partiya arasında söhbət başlamayıb, amma ən mümkün variantlardır.


Başqa bir seçim CXP ilə böyük ittifaq ola bilərdi, əlbəttə, mümkün olarsa. Çünki kiçik partiyalarla koalisiyaya girmək CXP ilə ittifaqdan dana çətindir. Hər halda bu məsələ AKP ətrafında çox danışılır indi. 
Bir yol da azlıq hökumətinin qurulması ola bilər ki, AKP bunu da seçə bilər. Məsələn, 1979-cu ildə Süleyman Dəmirəl, 1999-cu ildə isə Bülənt Ecevit bu cür hökumətlər qurmuşdu. AKP bunu edəcək, yaxud etməyəcək, hər halda belə olanda dəstək verən partiyanın hökumətin işinə müdaxiləsi çox olur. 
Onu da qeyd edək ki, AKP-nin istənilən koalisiya ilə bağlı üç vacib şərti var: 1. «Paralel yapı» ilə mübarizədə geri çəkilmə olmayacaq. 2. Çözüm prosesi davam edəcək. 3. Ərdoğanın prezident kimi sərbəstliyinə toxunulmayacaq. 
Ümumilikdə, hökumət qurma prosesi belə olacaq: Yüksək Seçki Şurası (YSK) xaricdən verilən səslərlə nəticələri birləşdirib, konkret rəqəmləri açıqlayacaq. Bu 12-13 gün ərzində olacaq. Açıqlama veriləndən məclisin ən yaşlı üzvü – CXP-nin keçmiş sədri Dəniz Baykal sədr postuna oturacaq və yeni seçilən millət vəkilləri bir-bir and içəcəklər. Yalnız bundan sonra prezident Ərdoğan bir millət vəkilinə hökuməti qurma vəzifəsini tapşıracaq. Bu yəqin ki, Əhməd Davudoğlu olacaq… 
Andiçmədən sonra 10 gün ərzində məclis sədrinin seçilməsi prosesi başlayacaq və daha sonra da parlament divanı təşkil olunacaq. Sədr gizli səsvermə ilə seçilir və ilk iki etapda 367 səs alan, əgər almasa ikinci etapda 276 səs toplayan şəxs sədr olacaq. Hətta bu da alınmasa, dördüncü səsvermədə ən çox tərəfdar toplayan sədr kürsüsünə sahib çıxacaq. 
Daha sonra isə prezidentin səlahiyyət verməsi ilə 45 gün ərzində hökuməti qurma prosesi başlayır. Əgər nəticə olmasa, prezident ya başqa birinə bu səlahiyyəti verər, ya da məclis sədri ilə danışıb yenidən seçkilər təyin edə bilər.
Bütün hallarda hökumət qurulmadığı təqdirdə, bayaq dediyimiz kimi, prezident oktyabr ayında yeni seçki keçirəcək və xalq təkrarən səsverməyə qatılacaq. Burada ekspertlər bir məsələyə diqqət ayırır ki, 45 gün ərzində hökumət qurulmadığı təqdirdə artıq indidən işartısı görünən iqtisadi-siyasi geriləmə proseslərə öz təsirini göstərəcək. Daha çox isə HDP bundan əziyyət çəkəcək. Çünki Səlahəddin Dəmirtaşın da dediyi kimi, aldığı əmanət səslərin əvəzini verməlidir. Amma adi bir hökuməti qurmaqda çətinliklə üzləşdikləri üçün əmanətlər onlara baha başa gələ bilər. 
Bir problem də var ki, barajı aşmış partiyalar büdcədən ayrılmış vəsaitdən yararlanmaq istəyirlər. Doğrudur, bu vəsait onlara yanvarın 1-dən sonra veriləcək, hər halda böyük dəstəkdir. Deyilənə görə, indiki seçki nəticələrinə büdcədən ayrılmanın 42,9 faizi AKP-yə, 26,2 faizi CXP-yə, 17,1 faizi MHP-yə və 13,8 faizi HDP-yə çatacaq. 
Yeri gəlmişkən, bu il siyasi partiyalara büdcədən ümumilikdə 177 milyon lirə yardım edilib. Gələn il isə yardımın həcmi 195 milyon lirəyədək artırılacaq. Beləliklə, AKP-yə 83,5 milyon, CXP-yə 51 milyon, MHP-yə 33,3 milyon və HDP-yə 26,9 milyon lirə veriləcək.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024