Dünya (30-11-2014, 16:19)
Moldova seçim qarşısında: Avropa, yoxsa Putin?
Bu bazar moldovanlar parlament seçkilərində sonradan ölkənin yeni hökumətini təşkil edəcək qanunvericilik orqanının millət vəkillərini seçsələr də söhbət daha geniş və daha radikal seçimdən gedir
Bu parlamentin tərkibindən asılı olaraq Moldovanın gələcək yolu da bəlli olacaq: ya irəliyə - Avropa İttifaqına, ya da geriyə - Vladimir Putinə doğru.
Ekspertlər parlament seçkilərində iştirak edən siyasi partiyaları da şərti olaraq iki qrupa bölüblər: Rusiyayönlü və Qərbyönlü partiyalar.
Moldovanın hazırkı hökuməti Avropa və Qərblə inteqrasiyaya can atır və ötən yay Gürcüstan və Ukrayna kimi Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb.
Moskva öz ampluasında
Lakin Moskva Moldovanı yolundan döndərmək üçün təzyiqlərini artırıb. Rusiya şərab, ət, meyvə və tərəvəz də daxil olmaqla Moldovadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib.
Bundan da qorxulusu odur ki, Moskva daha bir dondurulmuş münaqişənin - Dnestryanı münaqişənin “buzunu açmaqla” hədələyib.
Moskvadan gələn səslər deyir ki, separatçı “Dnestryanı Respublika”nın tam müstəqillyini dəstəkləmək “vaxtıdır”.
Hətta Avropaya inteqrasiyanı istəyən elektoratı da narahat edən budur. Avropa İttifaqına üz tutacağı təqdirdə Moldovanın öz qanuni ərazisi olan Dnestryanı bölgədən birdəfəlik məhrum olması baş verə bilər.
Hakim Qərbyönümlülər
Moldova Rusiya televiziya kanallarının ölkədə yayınını dayandırıb və moskvapərəst partiyalardan birini seçkilərdən çıxarıb.
Avropayönlü qüvvələrə iki hakim partiyadan biri– baş nazir İurie Leankanın Liberal Demokratik Partiyası liderlik edir.
Bu partiyanın rəsmi sədri – keçmiş baş nazir Vlad Filat Moldovanın 2017-ci ilədək Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu almasını və 2020-ci ilədək Aİ-yə daxil olmasını istəyir.
Bu partiya Rusiyayönlü partiyalarla hər hansı koalisiyaya getməyəcəyini bildirib.
LDP-nin koalisiya üzrə şəriki – Demokratik Partiyanı idarə edən milyonçu Vlad Plahotniuk daha yumşaq avropapərəstdir.
Kommunistlər – Rusiyanın dayağı
Ölkənin əsas müxalifət partiyası keçmiş sovetlərdən miras qalmış Kommunist Partiyasıdır.
Bu partiyanın lideri, elə özü də sovetlərdən miras qalmış Vladimir Voronin Qərblə inteqrasiyanın əleyhinə açıq şəkildə çıxmasa da hesab edir ki, Rusiyanın Avrasiya Gömrük İttifaqı ölkəyə Avropa İttifaqından daha böyük faydalar vəd edir.
Bu mənada daha radikal Rusiyayönlü qruplar – Ata Yurdu Partiyası və Sosialist Partiyası Aİ ilə assosiasiya sazişini “kriminal akt” adlandırıblar.
Lakin seçkilərin lap yaxın ərəfəsində seçki orqanları Ata Yurdu Partiyasını “xaricdən yardım” almaqda ittiham edərək parlament səsverməsindən çıxarıblar.
Partiyanın lideri, milyarder Renato Usatıy bu ittihamları rədd etsə də həbs oluna biləcəyini bildirib və Moskvaya qaçıb.
Xalq - deputatları, deputatlar - hökuməti seçəcək
Bu seçkidə moldovanlar proporsional qaydada parlamentin 101 deputatını seçməlidirlər.
Parlamentdə yer qazanmaq üçün hər bir partiya 6 faizlik həddi keçməlidir.
Bundan sonra parlamentdəki siyasi çoxluq ölkənin yeni hökumət kabinetini tərtib etməlidir.
Parlament həmçinin ölkə prezidentini seçəcək. Lakin bu, hazırkı prezident Nikolae Timoftinin müddəti 2016-cı ildə qurtaranadək baş verməyəcək.
Bəs proqnozlar necədir? İlkin rəy sorğularının nəticələrinə görə, ictimai rəğbətə Avropa yönümlü qüvvələr nəzarət edirlər, lakin onlar bu üstünlüyü real həyatda təsdiq etməli olacaqlar.
Keçmişlərdə Moldova parlamenti hökuməti seçmək üçün üç il müddətində vurnuxmalı olub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024