Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Dünən, 21:07)
İş adamı Xəlil Göyüşov bir ildə 44, 2 milyon manatlıq sifariş alıb

İş adamı Xəlil Göyüşova məxsus olan "Körpü-Bina-Tikinti" MMC daha bir tenderin qalibi seçilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkət bu dəfə Dövlət Sərhəd Xidmətinin Goradil qəsəbəsində yerləşən "Sərhədçi" İstirahət Mərkəzində cari təmir işlərini həyata keçirəcək. Bunun müqabilində isə "Körpü-Bina-Tikinti" MMC-yə 460 397,27 manat ödəniləcək.

Beləliklə, şirkət cari ildə qalib gəldiyi tenderlərin sayını 3-ə çatdırıb. MMC bundan əvvəl Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin iki tenderinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 43 783 291,36 manat təşkil edir. "Körpü-Bina-Tikinti" şirkəti 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manatdır. Hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşən şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Xaliq Göyüşov Xəlil Göyüşovun qardaşıdır.  Mediada gedən məlumatlarda Xəlil Göyüşov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanovun yaxın ətrafına daxil olan şəxs kimi təqdim edilir. 

Ötən ilin oktyabr ayında Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üçün 2 nəfər dünyasını dəyişmişdi. Həmin vaxt mətbuat tunelin 2019-cu ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə "Körpü Bina Tikinti" MMC tərəfindən tikildiyini yazmışdı.  шаблоны для dle 11.2

Xəbər lenti
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025