Siyasət / Slayd (28-04-2015, 19:58)
Adil Əliyevdən əsəbi STATUS
Milli Məclisin deputatı Adil Əliyev Əlikram Hümbətovun sərsəm fikir və əməllərinə münasibət bildirib.
Mia.az xəbər verir ki, Adil Əliyev "Facebook"da yazib ki, satqınların vətəni olmur:
"Bu gün Əlikram Hümbətovun hərəkətinin xalqımıza heç bir aidiyyəti yoxdu. Əlikram Hümbətov etdiyi əməllərə görə, xalqımız tərəfindən cəzalandırıldı və ölkə Prezidenti də bunu rəsmiləşdirirərək, xəyanətkarı vətəndaşlıqdan məhrum etdi.
Üstəlik, talış insanı tərəfindən qəbuledilməz şəxsdir. Onun nə indi, nə də gələcəkdə də cənub bölgəsi ilə bağlı çıxış etməyə mənəvi haqqı çatmır. O, əvvəl hara xidmət edirdisə, bu gün eyni qüvvələrin marağına qulluq edir.
Bu gün ölkəmizin uğurları və nailiyyətləri belə satqınları narahat edir. Təkcə, qarşıdan gələn 2015 Birinci Avropa Oyunlarının keçirilməsi bizi istəməyən qüvvələrin narahatçılığına səbəb olur. Əlikram kimi satqınlar da, bu qüvvələrin əlində oyuncaq kimi istifadə olunurlar.
Ona görə separatçının ermənilərə müraciətində də qeyri-adi heç nə yoxdur və buna təəccüblənməyimizə dəyməz. Amma təəssüf edirəm ki, xaricdə yaşayan bəzi şəxslər milli və dövlətçilik maraqları bir kənara qoyub, iqtidara qarşı mübarizə adı altında Azərbaycana və dövlətçiliyinə xəyanət edirlər".