Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-04-2015, 12:55)
Müxalifətdən Müsavata zərbə

Yürüşə getməyəcəyik...

 

 
Müsavat Partiyası aprelin 19-da yürüş-mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
Yürüşün “20 yanvar” metrostansiyası yaxınlığından başlayaraq “Məhsul” stadionuna qədər davam etməsi gözlənilir. Bakı meriyası müraciətə bu həftə ərzində cavab verəcək. Yürüşə icazə verilib-verilməməsi hələlik bilinmir. 
Müsavatın müraciətinə icazə verilərsə, müxalifət bu yürüşə qatılacaqmı?
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı AzVision.az-a bildirib ki, bu məsələ partiyada müzakirə olunmur: 
“Bu məsələ bizim üçün müzakirə olunmur. Dəvət edəcəkləri təqdirdə partiyanın reaksiyasına gəlincə isə, hələ ki heç bir müraciət daxil olmayıb”. 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə başqa bir qüvvənin təşkil etdiyi yürüşdə iştirakın qanuna zidd olduğunu deyib: 
“Demokratiya tələb edir ki, qərarları verənlər özləri icra etsin. Bir tərəfin qərar verib digər tərəfi ya dəvət, ya xahiş, ya da əmr edib o prosesə qoşmağı həm demokratiyaya, həm də qanuna ziddir. Söhbət qanun qarşısında məsuliyyətdən gedir, qərarı kim veribsə, məsuliyyəti də o daşımalıdır”. 
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu yürüş baş tutacağı gün partiyada sessiya keçiriləcəyini deyib. Bu baxımdan onlar da Müsavatın yürüşünə qatılmayacaq.
Müsavat Partiyasının sədr müavini Elman Fəttah bütün bunlara baxmayaraq, müxalifətin yürüşə dəvət ediləcəyinin mümkün olduğunu deyib. 
“Divanın bu gün baş tutacaq iclasında bu məsələ müzakirə olunacaq. Real müxalifət qüvvələrinin əksəriyyəti dəvət oluna bilər. Hansı təşkialtlara müraciət göndəriləcəyi isə Divanın iclasından sonra bəlli olacaq”. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024