Siyasət (15-12-2014, 13:59)
“Müsavatın mitinqini lağa qoyanlar hamısı hakimiyyətə işləyir“
Fuad Qəhrəmanlı: “Cəmiyyətin sizə verdiyi 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarın, bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir”
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı başda olmaqla, dünən Müsavatın beynəlxalq insan haqları günü ilə əlaqədar təşkil etdiyi mitinqi lağa qoyanlar, yaxud onun əks təbliğatını aparanlar hamısı hakimiyyətə işləyir”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyanın dünən keçirdiyi mitiqlə bağlı səslənən iradlara münasibət bildirərkən deyib.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı “Facebook” sosial şəbəkəsində Müsavatın mitinqini uğursuz adlandırıb. O, mitinqə az sayda adamın qatıldığını iddia edərək, bunun səbəbini partiyanın Milli Şuradan çıxması və yolunu dəyişdirməsi olduğunu vurğulayıb: “Məncə hər bir mitinqin təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir. Deməmək sayın azlığından utanmağı göstərmək üçündürsə, utanmağına dəyməz, çünki hər kəs "adamsızlığı" gördü".
Müsavatı 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarmağa çağıran F. Qəhrəmanlı "bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir”, - deyə qeyd edib.
E. Fəttah isə bildirib ki, mitinqin təsirini azaltmaq məqsədilə aparılan anti-təbliğat hakimiyyətin maraqlarına uyğundur: “Çünki Müsavatın mitinqi Azərbaycanda siyasi məhbusların azadlığı tələbi ilə keçirilib və bu, hakimiyyətin əleyhinə olan bir tədbir idi”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024