Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Dünən, 16:39)
Putin görüşü təyyarə qəzasının müzakirəsi ilə başlamağı təklif edib

 


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü AZAL-a məxsus təyyarənin qəzaya uğramasına dair vəziyyətin müzakirə edilməsi ilə başlamağı təklif edib. 

Mediatv.az  xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Bildirilib ki, Putin faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb: “Görüşümüzü ən həssas mövzudan – bizim səmamızda baş verən aviasiya faciəsindən başlamaq istərdim. O vaxt bu faciənin məhz Rusiya səması üzərində baş verməsinə görə üzr istədim, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdim”. Onun sözlərinə görə, Rusiya təyyarənin qəzaya uğraması ilə bağlı istintaqa dəstəyini göstərir.

Rusiya lideri qeyd edib ki, AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsi olub: “Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb. Təyyarə, çox güman ki, raketin elementləri ilə deyil, qırıntıları ilə vurulub”.

Putin həmçinin qeyd edib ki, Rusiya qəza ilə əlaqədar bu cür faciəvi hallarda təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcək.

Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
8 10 2025