Siyasət (Bu gün, 15:46)
Azərbaycan ilə Macarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb

Mediatv.az xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hankonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko imzalayıblar.
Beşillik proqramda mədəni irsin rəqəmsallaşdırılması, mədəni və yaradıcı sənayelər, həmçinin ədəbiyyat, təsviri və tətbiqi sənət, musiqi, teatr, kinematoqrafiya, kitab sənayesi, muzey işi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
"General Hospital"da nöqsanlar aşkarlandı - Klinika barəsində daha ciddi tədbirlər görüləcək (RƏSMİ)
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025