Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (31-03-2015, 19:22)
İki məşhur nazirin monopoliya aldığı sahə ilə bağlı ilginc faktlar - Araşdırma

Azərbaycanda gipsin və gipsdən inşaat materiallarının istehsalı sektoru oliqarxların əlində inhisarlaşıb və korrupsiyaya məruz qalıb. "Turan İA"ın analizinə görə, Azərbaycanın, həmçinin qonşu Gürcüstanın rəsmi statistika məlumatları da bunu təsdiq edir.

"Turan İA"-nın 2014-cü ildə Gürcüstan və Azərbaycanın gömrük və statistika məlumatları əsasında həyata keçirdiyi təhlil nəticəsində müəyyən olunub ki, ixracçılar vergidən yayınmaq məqsədilə qəsdən gipsin ixrac qiymətlərini təxminən 10 dəfə azaldırlar.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə 157,8 min ton gips ixrac edilib ki, bu da 2013-cü ildə olduğundan 22,7 faiz çoxdur. Bəyan edilmiş mədaxil həcmi 2 692,5 min dollar təşkil edib, bu, ötən ildən 825,1 min dollar çoxdur. 2014-cü ildə yerli gömrükdə malın bir tonu 17 dollardan – 2013-cü ildə olduğundan 3 dollar çox rəsmiləşdirilib.
Bütün ixrac həcmi Gürcüstanın payına düşür. Bu ölkənin Statistika Xidməti qeyd edir ki, 2014-cü ildə ölkəyə gips idxalı məhz Azərbaycanın ixrac etdiyi qədər olub 
Gürcüstanın idxal həcminin dəyəri Azərbaycanın Gömrük İdarəsinin məlumatları ilə üst-üstə düşmür. Gürcüstan tərəfi təsdiq edir ki, 26 817,1 min dollar məbləğində gips idxal edib. Bu, 2013-cü ilə nisbətən 15,6 faiz çoxdur. Gürcüstan gömrüyü Azərbaycan gipsinin bir tonunu 169,9 dollardan, yəni azərbaycanlı həmkarlarından 10 dəfə baha rəsmiləşdirib. 
"Turan İA"ın ekspertləri hesab edirlər ki, bununla 2014-cü ildə ixracçılar gips ixracından 24,1 mln. dollar vergini gizlədiblər. Ötən il gips mafiyası 21,5 mln. dolları vergidən gizlədib.
Bu ilin iki ayı ərzində Gürcüstanın gips idxalı artıq 3 mln. dollar təşkil edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə 192,8 min ton gips istehsal edilib ki, bu, ötən ilə nisbətən 23,3 faiz azdır. Bu məlumat ciddi etibarsızlıq doğurur. Belə ki, istehsalçılar məhsul kimi cəmi 114,5 min ton sənədləşdiriblər, qalan həcmdən (78,3 min ton) isə öz ehtiyacları üçün - həm inşaat sektorunda, həm də hazır gips məhsulların, xüsusən gipsokarton istehsalında istifadə ediblər. Bu ilin iki ayı ərzində qanuni gips istehsalının həcmi 32,8 min ton (+10%) təşkil edib.
Azərbaycanda inşaat gipsinin əsas istehsalçıları oliqarx Məmmədovlar və Heydərovlar ailələrinə məxsus olduğu deyilən "Garant Holding” və "Gilan Holding”dir. Hər iki holdinqin müəssisələri Goranboy rayonunda gips yataqlarının bilavasitə yaxınlığında yerləşir. "Gilan Holding”in Almaniyanın "Knauf” şirkəti ilə birgə gipsokarton istehsalı müəssisəsi var. Bu müəssisə yarandıqdan sonra Azərbaycana gips məhsullarının idxalı məhdudlaşdırılıb.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024