Siyasət (Bu gün, 17:47)
Rusiyanın intensiv şəkildə Ermənistana silah-sursat göndərməsi regionda balansı pozurdu – Deputat

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, əslində, Ermənistanın işğalçılıq siyasətinin təməli hələ 1990-cı illərdən qoyulmuşdu:
“Qarabağın və ətraf rayonların işğalı dövründə Ermənistanı ən çox dəstəkləyən, ona silah, hərbi texnika və siyasi sipər verən məhz Rusiya idi. Moskvanın bu siyasəti təkcə regionda balansı pozmadı, həm də Ermənistanın destruktiv davranışlarını legitimləşdirdi.
1998-ci ildə Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah verməsi bu prosesin ən bariz nümunələrindən biridir. Bu, postsovet məkanında ən böyük hərbi yardım paketlərindən biri idi və onun əsas hədəfi Ermənistanı regionda hərbi cəhətdən üstün mövqedə saxlamaq idi. Silah tədarükü bununla bitmədi – sonrakı illərdə də bu proses davam etdirildi və Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını məhz həmin resurslar hesabına qoruyub saxladı”.
A.Həsənova qeyd edib ki, bu gün geriyə baxanda aydın görünür ki, Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətini davam etdirməsi təkbaşına mümkün olmazdı:
“Əgər Rusiya tərəfindən verilən siyasi dəstək, hərbi yardımlar və açıq-aşkar silah daşımaları olmasaydı, Ermənistan bu qədər uzun müddət Azərbaycan torpaqlarını işğal altında saxlaya bilməzdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı da Moskvanın Ermənistana gizli və açıq yollarla silah daşımaları regionda gərginliyi artırdı. Bu, həm beynəlxalq hüququn, həm də sülhün bərqərar olmasına dair çağırışların tam əksinə idi.
Rusiyanın bu siyasəti bir daha göstərir ki, Moskva Cənubi Qafqazda real sülh və əməkdaşlığın deyil, qarşıdurma və asılılığın tərəfdarı olub. Ermənistanı silahlandırmaqla Rusiya regionda balansı pozub, işğalçılığı dəstəkləyib və münaqişənin uzanmasına xidmət edib.
Bu gün artıq yeni reallıqlar yaranıb. Azərbaycan öz torpaqlarını azad edərək regionda yeni tarixi səhifə açıb. Amma Rusiyanın uzun illər Ermənistanın işğalçılıq siyasətinə verdiyi dəstək tarixin qara səhifəsi kimi qalmaqda davam edir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025