Siyasət (Bu gün, 10:51)
Deputatdan icra hakimiyyətlərinin ləğvi ilə bağlı AÇIQLAMA – “Yaxın vaxtlarda…”

Məlum olduğu kimi, artıq ölkəmizin bir sıra bölgələrində Prezidentin xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Xüsusi nümayəndəlik institutunun digər bölgələrdə tətbiq oluna biləcəyi məsələsi də tez-tez gündəmə gəlir.
Bu isə ölkəmizdə idarəetmə modelində yeni dəyişikliklərin ola biləcəyi ehtimalını gücləndirir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Elman Nəsirov bildirdi ki, icra hakimiyyətlərinin gələcək fəaliyyəti ilə bağlı islahatların aparılması istisna deyil:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev islahatçı dövlət başçısıdır. 22 illik prezidentliyi dövründə ölkənin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində çoxsaylı islahatlar həyata keçirilib. Qarabağda və Naxçıvanda tətbiq edilən prezidentin xüsusi nümayəndəlikləri artıq özünü doğruldub. Dövlət başçısı bir neçə dəfə çıxışlarında vurğulayıb ki, bu institutun tətbiqi müsbət nəticə verərsə, ölkə üzrə də genişləndirilə bilər. Deməli, icra hakimiyyətləri ilə bağlı da dəyişikliklərin baş verməsi istisna deyil”, - deyə deputat bildirib.
Elman Nəsirovun sözlərinə görə, yaxın vaxtlarda bu məsələyə daha aydın şəkildə münasibət bildirilməsi gözlənilir:
“İcra hakimiyyətlərinin gələcək taleyi tam olaraq dövlət başçısının səlahiyyətindədir. Ona görə də bu istiqamətdə hansı qərarın veriləcəyini prezident müəyyənləşdirəcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Digah kəndində səyyar vətəndaş qəbulu keçirib.
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025