Siyasət (Dünən, 14:20)
Azərbaycanın bu sahədə göstərdiyi fəaliyyət onu beynəlxalq səviyyədə aparıcı ölkələrdən birinə çevirib — Deputat

Bununla bağlı deputat Elman Nəsirov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, konfrans çərçivəsində islamofobiyaya qarşı mübarizə istiqamətləri, bu meyilləri şərtləndirən səbəblər, onların qlobal təhlükəyə çevrilməsi və ksenofobiya ilə oxşarlığı geniş müzakirə olunub:
“İştirakçılar islamofobiyanın müasir dünyanın əsas təhdidlərindən biri olduğunu vurğulayıblar.
Müzakirələrin nəticəsi olaraq ortaq fikir belə olub ki, islamofobiyaya qarşı ən effektiv mübarizə vasitəsi multikultural dəyərlərin təşviqidir. Multikulturalizm Azərbaycanda dövlət siyasəti, ictimai sifariş və bir həyat tərzidir. Bu dəyərlər ölkənin zənginliyini və sabit gələcəyini təmin edir. Azərbaycanın multikulturalizm modeli bu sahədə nümunə olaraq təqdim olunub. Konfransda həmçinin qeyd olunub ki, islamofobiya, ksenofobiya, irqçilik və neofaşizm kimi təhlükəli tendensiyalara qarşı yalnız əlaqələndirilmiş və prinsipial mübarizə ilə nəticə əldə etmək mümkündür. Beynəlxalq ictimaiyyət bu məsələlərdə ikili standartlara yol verməməli, hər yerdə və hər zaman eyni yanaşmanı tətbiq etməlidir. Azərbaycanın bu sahədə göstərdiyi fəaliyyət və təşəbbüslər, onu beynəlxalq səviyyədə aparıcı ölkələrdən birinə çevirib”.
Leyla Turan
Demokrat.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
28 05 2025