Siyasət (29-03-2025, 11:00)
DTX-nin yaranması və inkişafı Azərbaycanın dövlətçilik tarixində mühüm hadisədir – Afət Həsənova

Bu gün Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) özünün 106 illiyini qeyd edir. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan qurum, ölkəmizin təhlükəsizliyini təmin etmək, milli maraqları qorumaq naminə olduqca mühüm vəzifələri yerinə yetirir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, təhlükəsizlik, sabitlik hər bir dövlət qarşısında ən ümdə vəzifə olaraq dayanır:
“Ona görə ki, hər bir dövlətin uğurlu inkişafının, insanların xöşbəxt və firavan yaşamasının təməlində məhz təhlükəsizlik, sabitlik dayanır. Böyük fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Ölkəmizin bu uğurunun əldə olunmasında bu gün 106 illiyini qeyd etdiyimiz Azərbaycan təhlükəsizlik orqanlarının böyük rolu və əməyi vardır”.
Deputat v urğulayıb ki, DTX-nin yaranması və inkişafı Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir: “İlk təhlükəsizlik orqanları Cümhuriyyət dövründə təsis edilsə də, sonrakı dövrlərdə qurum müxtəlif struktur və ad dəyişiklikləri ilə fəaliyyətini davam etdirib. Əfsuslar olsun ki, sovet dövründə təhlükəsizlik oraqnlarının inkişafına süni əngəllər törədilir, milli kadrların yetişdirilməsinə, xüsusi xidmət orqanında yüksək vəzifələr tutmasına imkan verilmirdi. Yalnız Ümummilli Lider Heydər Əliyev dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifəyə gəldikdən sonra milli kadrların yetişdirilməsi və irəli çəkilməsi mümkün oldu. Beləki, Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin olunması ilə təhlükəsizlik orqanlarının milliləşdirilməsi siyasətinə başlanıldı. Heydər Əliyev təhlükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə əsaslı dönüş yaradaraq təhlükəsizlik orqanlarının milliləşdirilməsi məqsədinə nail oldu.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin xüsusi xidmət orqanları yenidən quruldu və müasir tələblərə uyğunlaşdırıldı. Belə ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra təhlükəsizlik orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, struktur islahatlarının aparılması istiqamətində mühüm işlər görüldü. Məhz ulu öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olundu. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsini daim diqqət mərkəzində saxlayır”.
A.Həsənova əlavə edib ki, bu illər ərzində DTX milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıb, terrorçuluq, casusluq, separatçılıq və digər təhlükəli fəaliyyətlərin qarşısının alınmasında böyük uğurlar əldə edib.
“Xüsusilə son illərdə qurumun fəaliyyəti genişlənib, texnoloji imkanları artırılıb və kadr potensialı gücləndirilib. Dövlət Təhlükəsizlik Xidməti, həmçinin, ölkənin informasiya təhlükəsizliyini qorumaq, kibertəhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlər görmək və daxili sabitliyi təmin etmək üçün mühüm fəaliyyətlər həyata keçirir.
Bütün bunlarla yanaşı təhlükəsizlik orqanlarının əməkdaşlarının həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində fədakarlığı, torpaqlarımızın qorunması və işğaldan azad edilməsi uğrunda döyüş meydanına atılması, öz canlarından keçməsi qəhrəmanlığın bariz nümunəsidir.
DTX-nin 106 illik yubileyi münasibətilə qurumun əməkdaşları və veteranları təltif edilir, müxtəlif tədbirlər keçirilir və təhlükəsizlik sahəsində qazanılmış nailiyyətlərə nəzər salınır. Bu yubiley, dövlətçiliyimizin qorunması və təhlükəsizliyimizin təmin edilməsi yolunda fədakarlıqla çalışan hər kəs üçün əlamətdar bir tarixdir.
Azərbaycan xalqı və dövləti təhlükəsizlik orqanlarının fəaliyyətinə yüksək qiymət verir və onların ölkənin sabitliyi və rifahı naminə gördüyü işləri daim dəstəkləyir. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıram!”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
30 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025