Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-03-2025, 23:01)
Ərdoğan Özələ səsləndi: Əgər cəsarətin varsa…

 CHP yayılan çirkinliyə cavab verə bilməz. Cənab Özəl, indi kimin kürəyindən bıçaqlayacaqsan?
Mediatv.az  xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul Təşkilatının iftarındakı çıxışında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı danışarkən deyib.
Ərdoğan bu sözlərlə Kamal Kılıçdaroğlunun “Arxamdan bıçaqlandım” sözlərini xatırladıb.
“Sayın Özəl, nədən qorxursunuz? Nədən çəkinirsiniz? Bu təlaş, bu panika, bu aqressiya niyə? Dünənə qədər deyirdiniz ki, heç bir şübhə yoxdur. Nə oldu ki, birdən ətəkləriniz alovlandı? Nə oldu ki, dizləriniz titrəməyə başladı? İndi kimin kürəyindən bıçaqlayacaqsınız?
Ortaya tökülən bu çirkab təkcə bizi və millətimizi deyil, CHP daxilindəki vicdanlı insanları da narahat edir. CHP-yə çökən bir ovuc acgöz adamın yüzillik partiyanı barmağında oynatması CHP-ni Qazinin (Atatürkün) partiyası sayan vətəndaşları da narahat edir. “İSKİ (İstanbul Su-Kanal İdarəsi – red.) qalmaqalı”ndan 32 il sonra yenə eyni hadisələrin şahidi olmaqdan usanmırlar”, - Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə hüquqi dövlətdir, qanunun aliliyinin hökm sürdüyü müstəqil bir ölkədir:
“Cəsarətiniz varsa, qoy demokratiya və qanun işləsin. Əgər cəsarətiniz varsa, qoy məhkəmələr heç bir təzyiq altında qalmadan türk milləti adına qərar versinlər. Ağ-qara, günahsız və günahkar qanunla üzə çıxsın. Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil. Türkiyədə cinayət törətmək azadlığına malik olan imtiyazlı bir azlıq yoxdur və heç vaxt da olmayacaq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
21 03 2025
21 03 2025