Ana səhifəBizimlə əlaqə
Paşa Qəlbinur Tibb Universitetində özünə XUDMANİ XANƏDAN qurub...
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib - FOTO
TƏBİB–İTS xəttində gizli görüşlər – Vüqar Qurbanovdan sonra növbə kimindir?
İlk köç karvanı Xocavənd şəhərinə çatdı
Prezident fərman verir – Xətaidə isə qanun işləmir?
“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”
Maliyyə Pozuntuları və Şikayətlər: Abşeron–Xızı RTİ dosyesi-VİDEO
“Rezidenturasız rəhbər, TƏBİB-də şəffaflıq böhranı”
 Səhiyyə sisteminin və 260 milyonun yeyilməsi və Vüqar Qurbanovun çarəsizliyi
Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-01-2025, 16:45)
“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb

 Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Respublika ərazisində bir sıra təhsil müəssisələri üzrə yanğın əleyhinə su hovuzlarının tikintisi və əsaslı təmiri işlərinin satınalınması üzrə 07.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “RRM TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.263.098,08 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların vahid internet portalında 28.12.2024-cü ildə dərc edilib. Məlumatda yanğın əleyhinə su hovuzlarının tikintisi və əsaslı təmiri işlərinin hansı təhsil müəssisələrində aparılacağı açıqlanmayıb.

Elə həmin gün, yəni 28.12.2024-cü ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi maşın və avadanlıqların əsaslı təmiri işlərinin satınalınması üzrə 31.10.2024-cü ildə başladığı açıq tenderə də yekun vurduğunu açıqlayıb. Bu müsabiqənin də qalibi “RRM TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.721.771,04 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Müqvilənin şərtlərinə görə MMC 20.12.2024-cü ildən 30.12.2024-cü ilə qədər istilik sistemi (Odluq dizel) üçün odluq dəstlərindən sıradan çıxmışların sökülməsi, quraşdırılması, çatdırılması, təmir edilməsi, yerinin və bağlantılarının uyğunlaşdırılması və sistemin sınaq olunması və adaptasiyası və transformator dəsti (Sırdan çıxanların sökülməsi, əsaslı təmir edilmişin çatdırılması, elektrik ötürücü xətlərin çəkilməsi və birləşdirilməsi, gərginlik xətlərinin açılıb-bağlanması, bağlantı kabelləri, elektrik qoruyucuları, elektrik açarları, quraşdırma, sınaqların keçirilməsi) və KTM dəsti (Sırdan çıxanların sökülməsi, ətrafın çınqıllanması, sayqacların yerdəyişməsi, sınaqların keçirilməsi) təchizatı və quraşdırılması işlərini həyata keçirməlidir.  Əsaslı Tikinti və Təchizat İdarəsi bu təmir və quraşdırma işlərinin də harada aparılacağını açıqlamayıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi dekabr ayında “RRM TƏMİR-TİKİNTİ” MMC ilə bunlardan əlavə daha üç satınalma müqaviləsi bağlayıb.

Təchizat İdarəsi sözügedən MMC ilə ümumi təhsil məktəblərinin istifadəsində olan şagird partası dəstlərinin təmiri işlərinin satınalınması üzrə 995.329,88 manat dəyərində müqavilə bağladığını 27.12.2024-cü ildə açıqlayıb.

Bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat üçün avadanlıqların alınıb-quraşdırılması işlərinin satınalınması üzrə 10.866.100,8 manat dəyərində müqavilə bağladığını 17.12.2024-cü ildə açıqlayıb.

İcma əsaslı və peşə təmayüllü siniflərin təşkili üçün malların satınalınması üzrə 3.667.058,52 manat dəyərində müqavilə bağladığını 12.12.2024-cü ildə açıqlayıb.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi yalnız dekabr ayında “RRM TƏMİR-TİKİNTİ” MMC ilə ümumi dəyəri 18 513 356 manat olan 5 satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RRM TƏMİR-TİKİNTİ” (VÖEN:1306582521) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.02.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010 manat olan MMC-nin hüquqi ünvanının ,BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ƏSƏD ƏHMƏDOV, ev 2B, m. 61, qanuni təmsilçisi kimi isə Hümmətov Elnur Zahid oğlu qeyd olunub.

“RRM TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin fefralında hüquqi təşkilatı formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətə çevrilib. Cəmiyyətin təsisçisi və ilk qanuni təmsilçisi Feyzili Şəhriyar Firudin oğlu olub.

“Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL-451/2022 nömrəli 01.07.2022-ci il tarixli qərarı ilə qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üzrə lisenziya alması barədə məlumat var.

Elektron medianın 20 oktyabr 2023-cü ildə yaydığı məlumata görə RRM təmir-tikinti QSC İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsini pozduğuna görə inzibati protokol yazılıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi 2023-cü ilin dekabrında “RRM TƏMİR-TİKİNTİ” MMC ilə ümumi dəyəri 14 584 318 manat olan 4 satınalma müqaviləsi, 2022-ci ilin dekabrında isə ümumi dəyəri 2 496 991 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Təsisçisi səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirən Təhsilin İnkişafı Fondu da “RRM TƏMİR-TİKİNTİ” MMC ilə ümumi dəyəri 6 521 533 manat olan 2 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrə görə MMC Abşeron rayonu Novxanı kəndi və Kürdəmir rayonu, Axtacı kəndindəki orta məktəblərin  tikintisi işlərini hətata keçirməlidir. Maraqlıdır tikinti-quraşdırma işləri üzrə lisenziyası olmayan bir MMC ilə satınalma müqaviləsi hansı əsaslarla bağlanılıb.

Göründüyü kimi “RRM TƏMİR-TİKİNTİ” MMC son illər yalnız Elm və Təhsil Nazirliyi və ona tabeli qurumların keçirdiyi milyonlarla manat dəyəri olan tenderlərin qalibi olub. Bu isə MMC-nin nazirlik rəsmilərindən birinə bağlı olduğunu deməyə əsalar verir.

Qeyd edək ki, Hesablama Palatası 2023-cü il üçün iş planıəsasında Elm və Təhsil Nazirliyi və təsərrüfat hesablı “Əsaslı Tikinti və Təchizat İdarəsi” tərəfindən 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi üzrə başa çatdırılmış auditin nəticələri barədə məlumat yaymışdı. Sözügedən məlumatda bildirilirdi ki, İdarə “satın alınacaq malların, işlərin və xidmətlərin xüsusiyyətlərinin tam nəzərə alınmaması fərqli xüsusiyyətlərə malik tələbatlar üzrə bərabər ehtimal qiymətlərinin müəyyənləşdirilməsi ilə nəticələnməklə dəyər və qiymət arasında uyğunluğun təmin olunması imkanlarını məhdudlaşdırmış, bir sıra hallarda isə müvafiq hesablamaların aparılmaması dövlət ehtiyaclarının baha qiymətlərlə ödənilməsinə şərait yaratmışdır.

Bir sıra hallarda satınalma metodlarının tətbiq edilməməsi, bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsi, həmçinin əsas şərtlər toplusunun iddiaçıların iştirakını məhdudlaşdıran şərtlərlə tərtib olunması, eləcə də tələb olunan texniki şərtlərə cavab verməyən iddiaçıların qalib elan olunması sahibkarların bu satınalmalarda rəqabətli iştirak payının tam təmin edilməsi imkanlarını da məhdudlaşdırmışdır.

Göründüyü kimi Hesablama Palatası tərəfindən satınalmalarda aşkar edilən ciddi qanun pozuntuları faktlarına baxmayaraq Əsaslı Tikinti və Təchizat İdarəsində köhnə qaydalar davam etməkdədir. Qurumda son illər bir neçə kadr dəyişikliyi olmasına baxmayaraq.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Valeh Mirzalıyevdir. O, bu vəzifəyə 2022-ci ilin mart ayında təyin olunub. Daha əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru olub. Elektron mediada yer alan məlumatlara görə Əsaslı Tikinti və Təchizat İdarəsində satınalmalara nəzarət Fərhan Əliyevin əlində olub. O, artıq SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC-nin rəhbəri vəzifəsinə təyin edilib. Fərhan Əliyevin İqtisadiyyat naziri Mikayıl Cabbarovun adamı olması barədə elektron medida çoxsaylı məlumatlar var. Maraqlıdır Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində satanalmalara indi kim nəzarət edir ki, bir ay arzinə “RRM TƏMİR-TİKİNTİ” MMC ilə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şərait yaradıb.

 

Aktualinfo.org

шаблоны для dle 11.2

Reklam
Ən çox oxunanlar
“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”

ANAR NAĞIYEVİN İDARƏÇİLİYİ AKADEMİK MÜHİTİ İFLİC EDİB?

Prezidentin gəlinindən Ramazan paylaşımı - Foto

“AzCake”in rəhbəri Cəlal Babakişiyev çətin durumda:İşçilərin maaşı verilmir?

İkinci günün duası - İmsak və iftar vaxtı

Mehriban Əliyevadan Ramazan ayının başlaması ilə bağlı - Paylaşım

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Şəkinin Qozlubulaq kəndində dağlıq ərazi yanır

Prezident ABŞ-də səfərdədir - Foto

57 yaşlı kişi iş başında vəfat etdi

“Etirazçılar Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçirib”

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI: Milyonluq dövriyyə, sıfır mənfəət

• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 02 2026
İşbazlar marqarini kərə yağı adı ilə satırlar - AİB sədrindən ETİRAZ
22 02 2026
Gürcüstan erməni yük maşınlarını Rusiyaya buraxmadı
22 02 2026
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI: Milyonluq dövriyyə, sıfır mənfəət
22 02 2026
“Məlhəm Hospital”da xəstənin başına OYUN AÇDILAR
22 02 2026
Dördüncü günün duası - İmsak və iftar vaxtı
21 02 2026
“AzCake”in rəhbəri Cəlal Babakişiyev çətin durumda:İşçilərin maaşı verilmir?
21 02 2026
 Sertifikasiyadan kəsilən müəllimlərə qarşı DƏLƏDUZLUQ: cinayət işi açıldı
21 02 2026
Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 02 2026
Milli Kitabxanda “21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
21 02 2026
Kəmaləddin Heydərov Anar Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 02 2026
Polis əməliyyatı: 20 silah aşkarlandı
21 02 2026
Naxçıvanda su ehtiyatları ilə bağlı Tədbirlər Planı təsdiqləndi
21 02 2026
Laçına Sumqayıtdan da reyslər açılır
21 02 2026
ABŞ onları aradan götürə bilər
21 02 2026
“Fidan” adlı şəxs qanunsuz tibbi fəaliyyət göstərir?
21 02 2026
Ramazanın üçüncü gününün iftar və imsak vaxtları -Günün DUASI
21 02 2026
Nadir Məmmədlinin institutunda qadın işçilər arasında DAVA – Direktor cərimələndi
21 02 2026
Xaricdə iş elanlarının arxasında insan alveri şəbəkəsi!- EHTİYATLI OLUN!
21 02 2026
“Onu Suriyaya mən rəhbər gətirmişəm, sərtdir, yaxşı oğlan deyil”
21 02 2026
Paşa Qəlbinur Tibb Universitetində özünə XUDMANİ XANƏDAN qurub...
21 02 2026
Bloger Çelsi Baxşəliyevin qalmaqal yaşadığı FHN-nin şöbə rəisinin FOTOSU YAYILDI
21 02 2026
Multikulturalizm Mərkəzinin 88 888 manatlıq tenderini bu şirkət uddu
21 02 2026
“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış
20 02 2026
57 yaşlı kişi iş başında vəfat etdi
20 02 2026
“Etirazçılar Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçirib”
20 02 2026
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib - FOTO
20 02 2026
STM MEDİA-ya birləşdirilir
20 02 2026
Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...
20 02 2026
Azərbaycanda büdcə təşkilatları yaradıldı - Fərman
20 02 2026
Dələduzluğa görə tutulan oğlunu azadlığa çıxarmaq istədi, 112 min manatını "yedilər"

Redaktor seçimi
ANAR NAĞIYEVİN İDARƏÇİLİYİ AKADEMİK MÜHİTİ İFLİC EDİB?

Prezident fərman verir – Xətaidə isə qanun işləmir?

“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”

“Rezidenturasız rəhbər, TƏBİB-də şəffaflıq böhranı”

400 MANATI GERİ QAYTARMAQ GÜNAHI ÖRTÜRMÜ?”

ADU ilə bağlı suallar çoxalır — rəsmi qurum niyə tələsik izahat verdi?


Copyright © 2013 Mediatv.az
The site created : Web Media
Diqqət! Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Tel: +99412 510-21-31; +99470 250-20-46 media-tv.az@mail.ru, mediatv.az68@gmail.com
Ünvan: Mətbuat prospekti, 529-cu Məhəllə, Azərbaycan Nəşriyyatı, 6-cı mərtəbə