Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Dünən, 16:07)
Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA

Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu
Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) hansısa onlayn konfrans və qurultay keçirilə bilməz. Çünki belə bir partiya yoxdur. Bir ildən artıqdır ki, bu partiya ləğv edilib və dövlət reyestrindən çıxarılıb. Baş verənlər Əvəz bəyin (Əvəz Temirxan - red.) öz təşəbbüsüdür.

Bu sözləri Teleqraf.com-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

“Lalə xanımın belə bir şeydən xəbəri yox idi. Özü bu məsələyə mənfi baxır. Hər şeyi vaxtında etmək lazım idi. Artıq qatar gedib. Yadınızdadırsa, son parlament seçkilərində Əvəz Temirxan Azərbaycan Xalq Partiyasının (Pənah Hüseynin sədri olduğu partiya - red.) namizədi kimi seçkilərə qoşulmuşdu. Ona görə də, Lalə xanım Əvəz Temirxana onun adını çəkməsini qadağan edib. Əgər Əvəz bəy partiya istəyirsə, öz partiyasını yaratsın”, - deyə o əlavə edib.

Qeyd edək ki, bir müddət öncə ləğv edilmiş Azərbaycan Liberal Partiyasının onlayn qurultayının keçirildiyi və partiyanın Nizamnaməsinə əlavələr olunduğu, professor Lalə Şövkətin ALP lideri, Əvəz Temirxanın isə yenidən partiya sədri seçildiyi barədə məlumat yayılmışdı.
шаблоны для dle 11.2

Xəbər lenti
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025