Siyasət (Dünən, 10:56)
434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Azərbaycana qarşı daim xüsusi qərəzi ilə seçilən Avropa Parlamenti ilin sonunda yenə də köhnə xislətindən əl çəkə bilmədi. Qurumun Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media ilə bağlı həftəsonu qətnaməsi bunun növbəti təzahürüdür. Avropa Parlamenti daha əvvəl aprelin 25-də və oktyabrın 24-də Azərbaycanda siyasi təqibləri və insan hüquqları pozuntularını pisləyən qətnamələr qəbul edib.
Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır. Bundan əvvəlki qətnamələr kimi yeni sənəd də tamamilə cəfəngiyyat üzərində qurulub. Həmişəki kimi, qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir. Avropa Parlametinin bu qətnaməsində Azərbaycan guya “siyasi məhbusların” olmasında, “azad mətbuatın olmamasında” ittiham edilib və onlara azadlıq tələb olunub. Eyni zamanda Azərbaycanla enerji sahəsində imzalanmış müqavilələri bu “siyasi məhbusların” taleyi ilə birbaşa bağlamaq təklif edilib. Azərbaycana sanksiyalar tətbiq etməyi tələb ediblər və sair.
434 deputat qətnamənin lehinə, 30 nəfər əleyhinə səs verib, 89 deputat səsvermədə iştirak etməyib. Təbii ki, Avropa Parlamentinin iddia etdiyi bu məsələlərin heç bir əsası yoxdur və birbaşa bizə qarşı düşmənçilik münasibətindən qaynaqlanır. Ümumiyyətlə, Avropa Parlamentinin qətnaməsinin Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Bu qətnamələrin hamısı bölgədə gərginliyi artırmağa və sülh səylərinə mane olmağa yönəlib. Aİ-Azərbaycan tərəfdaşlıq sazişi, o cümlədən enerji sahəsində sövdələşmələrin əsas hüquqlara hörmət və bütün siyasi məhbusların azad edilməsi ilə şərtləndirilməsində israr edən Avropa Parlamenti Avropa Komissiyasını yenidən Azərbaycanla enerji sahəsində 2022-ci ildə imzalanmış “Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu dayandırmağa çağırıb.
Onu da qeyd edək ki, Avropa Parlamentinin erməni lobbiçiləri, xüsusən də Erməni Federasiyasının təsisçisi Kaspar Karampetyanla əməkdaşlığı da qurumun ölkəmizə qarşı mövqeyinin formalaşmasına təsir edir. Afrikanın münaqişə bölgələrindən qaçaqmalçılıq yolu ilə Belçikaya müxtəlif rəngli brilyantlar daşımaqla böyük kapital qazanan Karampetyan həm də qurduğu şübhəli federasiya vasitəsilə və Ermənistan xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə avropalı deputatları o vaxt işğal altında olan Qarabağa aparıb, fırıldaqçı və indi məhkəməsini gözləyən Bako Saakyanın Strasburqa səfərini təşkil edib, Avropa Parlamentinin dostluq qrupundan Ermənistanın xeyrinə bəyanatları satın alıb. Elə indi də erməni lobbisi Avropa Parlamentinə təsir göstərməyə can atır. Avropa Parlamentinin bəzi deputatları da buna şərait yaradırlar.
Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Avropa Parlamenti növbəti dəfə qətnamə qəbul edib və bu da təəssüf doğurur. Deputat xatırlatdı ki, insan hüquqları, son həbslər və cinayət işləri ilə bağlı bir ildə üç belə qətnamə qəbul olunub: “İyun ayında keçirilən seçkilərdən sonra Avropa Parlamentinin heyəti müəyyən qədər dəyişdi, amma münasibəti dəyişmədi. Çünki bu qurum bəzi qüvvələrin əlində təzyiq alətinə çevrilib. Ona görə də Avropa Parlamentinin bizə ədalətli baxışı ola bilməz. Bu qurum Qarabağın işğalı ilə bağlı Ermənistana nə çağırış, nə sanksiya tətbiqi ilə bağlı qətnamə qəbul edib. Azərbaycana isə belə hücum edilirsə, deməli, məqsədli şəkildə kampaniya aparılır və qərəz var. Əgər işğalçıya qarşı bir qətnamə qəbul edilsəydi, haradasa bu qurumu başa düşmək olardı. Amma Avropa Parlamenti Azərbaycanın istintaq orqanlarının işinə müdaxilə edir, daxili məsələlərə qarışır, həmin güc mərkəzlərinin təlimatlarını yerinə yetirir. İstintaq yekunlaşmayıb, məhkəmə qərarı yoxdur, Avropa Parlamenti tələskənliyə yol verib”.
A.Əlizadə vurğuladı ki, Azərbaycan Avropa təsisatları ilə münasibətləri normallaşdırmağa nə qədər çalışsa da, əks-mövqe görməkdəyik: “Xüsusən də Avropa Parlamentinin yanaşması qəbuledilməzdir. Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycana qərəzli mövqe tutan bu güclər heç də ölkəmizin inkişafında maraqlı deyil. Əgər bu qətnamələri çıxaranlar Azərbaycanda demokratiyanın inkişafı üçün həqiqətən maraqlı olsaydı, fərqli reaksiya verərdik. Əminik ki, bu qətnamələr təzyiq məqsədi güdür və Azərbaycanın regionda güc sahibi olmasını həzm edə bilməməkdən qaynaqlanır. Fikrimcə, Azərbaycanın səfirlikləri, nümayəndəlikləri, lobbi və diaspor təşkilatları, vətəndaş cəmiyyəti, siyasi partiyalar Azərbaycanın haqlı mövqeyini doğru-düzgün çatdırmaq üçün birgə addımlar atmalıdırlar. Bu qədər də olmaz axı?! Başa düşürəm, bu qətnamələr bir kağız parçasıdır, amma bütün hallarda ürəkbulandırıcı faktdır. Çünki Azərbaycan yanlış prizmadan təqdim olunur. Bu prosesi dayandırmaq üçün əlimizdən gələni etməliyik”.
Hüquq müdafiəçisi Xəzər Teyyublu antiterror əməliyyatından sonra Azərbaycana təzyiqlərin artdığını söylədi. Onun sözlərinə görə, rəsmi Bakı bəyanatlara, qətnamələrə cavab versə də, yetərli deyil, daha iri addımlar atmağa zərurət var: “Azərbaycan avropalı deputatları dəvət etməlidir. Onlar həm azad edilən əraziləri gəzərək erməni vandalizminə şahid olsunlar, həm də səsləndirdikləri siyasi bəyanatlarla bağlı dialoq aparılsın, həbslər ətrafında müzakirə masası qurulsun. Sözsüz ki, hüquq müdafiəçiləri vəziyyətdən narahatdır, amma qətnamələrin məramı heç də həbs edilənlərin müdafiəsi deyil, beynəlxalq ictimai rəydə Azərbaycan haqda mənfi fikir yaratmaqdır. Nədənsə həmin Avropa Parlamentinin üzvləri işğalçı ölkənin vəhşiliklərinə dair qətnamə qəbul etməyib, əksinə, Paşinyanı alqışlayırdılar. Bu da riyakarlıq əlamətidir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024