Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-11-2024, 09:32)
Bakı Sukanal İdarəsinin rəisi və bəzi şöbə müdirləri dəyişib, yeni təyinatlar olub - SİYAHI

Bakı Sukanal İdarəsinin rəisi və bəzi şöbə müdirləri dəyişib, yeni təyinatlar olub
Bu ilin sentyabrın 25-də İstanbulda ürəyindən əməliyyat zamanı vəfat edən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (əvvəlki adı "Azərsu" ASC) rəhbəri Köçərli Həsənovun yerinə müvəqqəti təyinat olub.

Mia.az-ın əldə etdiyi məlumata görə, Dövlət Su Ehtiyatları Agentliynin sədri Zaur Mikayılovun əmri ilə vaxtilə Şəmkir, daha sonra isə Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi işləmiş Tahir Xəlilov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sədr əvəzi təyin edilib.

Məlumata görə, yeni sistemi mənimsədikdən sonra onun sədr təyinatı da mümkün sayılır.

Mia.az-ın əldə etdiyi digər məlumata görə, müvafiq əmrlə Cavid İsmayılzadə isə sədrin müavini təyin edilib: ""Azərsu" ASC-nin ləğvindən sonra qurumda sədri müavini olan 1-ci müavin Teyyub Cabbarov getdi, daha dəqiqi, ona yeni qurumda vəzifə veirlmədi, onunla yanaşı, digər müavin Seymur Seyidov da yola salındı. Digər müavin Etibar Məmmədov isə Zaur Mikayılova müşavir aparıldı. Digər müavinlər isə "Azərsu" ASC-nin bazasında yaradılan xidmətdə müavin postuna keçirildilər. Bu günlərdə isə "meliorasiya"dan Cavid İsmayılzadə müvafiq əmrlə xidmət rəisi Tahir Xəlilova müavin təyin olunub. Bu təyinatda ilginc olan odur k, ona 5 iri şəhərlərlə bağlı xüsusi səlahiyyət verilib. Yəni, anlaşılan odur ki, Bakı daxil, 5 iri şəhərin su və sukanal sahəsi üzrə "göydə uçan, yerdə qaçan" nə varsa, hamısına Cavid ismayılzadə "hə-yox" deyəcək".

Xəbərdə o da deyilir ki, bu dəyişikliklərlə bərabər, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Texniki şərtlərin verilməsi şöbəsinin müdiri Mahir Cəfərlini də Vüqar Bayramov əvəzləyib...

Əldə etdiyimiz məlumatda ən diqqətçəkən təyinat isə "Bakı Sukanal" MMC-nin rəisi ilə bağlı olub: "Zaur Mikayılov "Bakı Sukanal" MMC-nin rəisi, məşhur Habil Quliyevi "taxtdan salıb", onun yerinə isə Rauf Osmanov gətirilib. Rauf Osmanov bu sahəyə digərləri kimi yad deyil. O, yeni və yüksək vəzifə təyinatına qədər Səbail Sukanal idarəsinin rəisi idi...".

Mia.az-a verilən məlumata görə, Agentlik və ona bağlı olan digər qurumlarda da böyük kadr dəyişiklikləri baş verib.

Bununla bağlı yazılarımız olacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024