Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-11-2024, 20:08)
Orduda andiçmə mərasimləri keçirildi

 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Bu barədə Mediatv.az-a Müdafiə Nazirliyindən bildirilib.
Hərbi orkestrin müşayiəti ilə döyüş bayrağının təntənəli surətdə sıra meydanına gətirilməsindən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandir heyəti çıxış edərək andiçmə mərasiminin 8 Noyabr – Zəfər Gününə təsadüf etməsini xüsusi vurğulayaraq, döyüş əməliyyatlarında qazandığımız qələbələrin tarixi əhəmiyyətindən danışıblar. Vətənimizin müdafiəsində ayıq-sayıq olmağı, qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirməyi tövsiyə ediblər.
Gənc əsgərlər öz növbəsində Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi anda sadiq olacaqlarına, nümunəvi, nizam-intizamlı xidmət edəcəklərinə, silah və texnikanın sirlərini dərindən öyrənəcəklərinə, döyüş qabiliyyətlərini daim artıracaqlarına, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirəcəklərinə söz veriblər.
Hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.
Andiçmə mərasimləri zamanı, həmçinin 8 Noyabr – Zəfər Günü münasibətilə şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər keçirilib.шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024