Siyasət (16-10-2024, 08:19)
Mina terrorunu davam etdirən Ermənistan sülh istəmir - FAKT BUDUR!
Srağagün Qazax rayonunda daha bir vətəndaşımız minaya düşüb. Hadisə nəticəsində mülki şəxs ağır xəsarətlər alıb, hər iki ayağı amputasiya olunub. Sülh müqaviləsinin imzalanması ərəfəsində bu cür halların baş verməsi qonşu ölkənin hələ də təxribat xarakterli hərəkətlərindən əl çəkməməsinə işarədir. Ermənistan Azərbaycanın ərazilərini işğalda saxladığı dövrdə minaladıqları ərazilərimizin xəritəsini hələ də vermir, iyrənc siyasətlərinə davam edir.
Məsələ ilə bağlı TNS-ə açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, Ermənistan bu hərəkətləri ilə sülhün təmin olunmasını istəmədiyini göstərir: “Təəssüflə qeyd edirəm ki, uzun müddət keçməsinə baxmayaraq Ermənistan bu günə kimi Azərbaycana heç bir xəritə təqdim etmir. Bu da bizim vətəndaşlarımızın həyatını itirməsi və ağır xəsarətləri ilə nəticələnir. Bu, birinci dəfə deyil. Dəfələrlə Ermənistanın bu cür təxribatlarının şahidi olmuşuq. Beynəlxalq qurumar isə bu hadisələri seyr etməklə kifayətlənir. Ermənistanın təqdim etdikləri xəritələrinin əksəriyyəti düzgün deyil.
Ermənistan bir tərəfdən sülh istəyir, digər tərəfdən isə iyrənc təxribatlara əl atır. Bu isə o deməkdir ki, Ermənistan sülh istəmir. Dünya birliyi Ermənistana təzyiq etməlidir ki, onlar minalanmış ərazilərin düzgün xəritəsini versin. Bundan sonra biz sülhə doğru birgə addımlar ata bilərik. Hazırki dönəmdə Ermənistan bu istiqamətdə heç bir addım atmır. Hesab edirəm ki, bu istiqamətdə Ermənistana təzyiqlər artırılmalıdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024