Siyasət (14-10-2024, 20:39)
Elman Nəsirov seçicilərlə görüş keçirmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov 12 oktyabr 2024-cü il tarixində 72 saylı Cəlilabad kənd seçki dairəsinə daxil
olan Təklə kəndində seçicilərlə görüş keçirmişdir. Görüşdə Təklə kəndi ilə yanaşı, Abazallı, Şabanlı, Məmmədrzalı və Kövüzbulaq kənd sakinləri də iştirak etmişdir. Görüşdə Təklə kənd sakinləri - Famil İsmayılov, Əyyar İbişov, Əli Əliyev, Bəşir Tağıyev, Şabanlı kənd sakinləri - Səlim Şabiyev, İsrafil Nuriyev, Məmmədrzalı kənd sakinləri - Mirzəağa Dövlətov, Əli Mahmudov, Kövüzbulaq kənd sakini - Süleyman Süleymanov və Abazallı kənd sakini - Arif Əliyev çıxış edərək onların sosial problemlərinin həlli istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini ifadə etdilər.
Seçicilər əsasən işlə təminat, kəndlərin işıq və qazlaşdırılması, həyətyanı və örüş torpaq sahələri, içməli su ilə təminat və sosial məsələlərlə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapdı.
Deputat Elman Nəsirov həllini tapmayan məsələlər ilə bağlı aidiyyatı üzrə müvafiq qurumlara müraciət edəcəyini bildirdi.








Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025