Siyasət (19-09-2024, 23:06)
Prezident Xocalı-Xankəndi yolundakı işlərlə tanış oldu

Mediatv.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.
Bildirildi ki, uzunluğu 33,6 kilometr olan yolda 5 körpünün, 2 keçidin, suötürücü boruların tikintisi və digər infrastruktur işləri görülür. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.
Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 07 2025
15 07 2025
15 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025