Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (16-08-2024, 13:30)
Yazıçı deputatlığa namizəd olan qızından danışdı

Elçin deputatlığa namizəd olan qızından danışdı:
Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bir çox ayrı-ayrı şəxslərin namizədlikləri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. O cümlədən Azərbaycan baş nazirinin sabiq müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevanın da namizədliyin MSK tərəfindən qeydə alınıb.

Günay Əfəndiyeva 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəddir.

Modern.az-a danışan Elçin Əfəndiyev qızına seçkilərdə uğur arzulayıb:

"Günaya da, digər namizədlərə də xoş arzularımı bildirirəm. Arzu edirəm ki, seçiləcəklərsə, seçicilərinin etimadlarını doğrultsunlar. Azərbaycanın gələcək 4-5 ilində xalqın rifahı, Azərbaycanın daha da irəliləməsi naminə əllərində gələni əsirgəməsinlər".

O, qızının seçkiqabağı təbliğat-təşviqat mərhələsində iştirak etmədiyini söyləyib:

"Mən Günayın seçki təbliğatında iştirak edib, kömək etmirəm. Mən nə kömək edəcəyəm. Namizəd mən deyiləm ki! Özü də mən Bakıda deyiləm, kənardayam. Mənim 3 qızım var. Heç vaxt onların nə oxumağına, nə də işləməyinə köməklik etmişəm. Çünki buna ehtiyac olmayıb. Namizəd olan qızım Günay orta məktəbi qızıl medalla, ali məktəbi isə fərqlənmə ilə bitirib. Qızlarım hər şeyi özləri edib. Mən nə kömək etməliyəm?!"

Qeyd edək ki, Bakıda anadan olan Günay Əfəndiyeva əvvəlcə Bülbül adına Musiqi məktəbini qızıl medalla bitirib. Daha sonra Azərbaycan Tibb İnstitutunun qırmızı diplomlu məzunu olub. Az bir müddətdə ixtisası üzrə işləyən G.Əfəndiyeva sonra Türkiyədə diplomatik fəaliyyətə başlayıb. Belə ki, o, 2004-cü ildə Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda işə qəbul edilib və bununla da Günay Əfəndiyevanın diplomat karyerası başlayıb.

G.Əfəndiyeva 4 il (2004-2008) Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

Daha sonra o diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib. Belə ki, o, İstanbuldakı faəliyyətini başa vurub Bakıya qayıdandan sonra YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024