Siyasət (9-08-2024, 13:21)
Xeyirxah həkim millət vəkiliyinə namizəddir

Uzun illər şəfalı əlləri ilə minlərlə uğurlu əməliyyat həyata keçirən Uzman.Dr Vüqar Ələkbərov indi Yasamal sakinlərinə xidmət etmək üçün millət vəkili olmaq istəyir.Vüqar Ələkbərov Vətən Müharibəsi zamanı könüllü cərrah olaraq Ağcabədi rayon hospitalında 200 dən çox yaralı qazimizi əməliyyat edərək şəfa vermişdir. Nüfuzlu həkimin namizədliyi 15 saylı Yasamal Birinci Seçki Dairəsində qeydə alınıb. Vətənpərvərliyi ilə seçilən Vüqar Ələkbərov indi də doğma yasamallılarının seçiminə güvənərək namizədliyini məhz 15 saylı Birinci Seçki Dairəsindən irəli sürüb.
Dr. Vüqar Ələkbərov hər zaman Ulu Öndər Heydər Əliyevin tövsiyyələrini işində və əməlində rəhbər tutur.O həmişə dövlətinə sadiq bir vətəndaş olmuşdur. Təhsilini Türkiyədə tamamlamağına baxmayaraq ölkəmizə geri qayıtmış,öz dövlətində xidmət etməyi seçmişdir.
Doğma yasamallıların hər zaman ən doğrunu seçdiyini, sentyabrın ilk günündə, Milli Məclisə seçkilərdə də ən doğru namizədə səs verəcəklərinə inanan Vüqar Ələkbərov bu gündən seçki kampaniyasına başlayır. Seçki kampaniyası boyu qanunvericiliyə uyğun olaraq seçicilərlə görüş keçirərək seçicinin arzu və təkliflərini dinləyəcək, seçiciləri daha çox qayğılandıran problermləri öyrənəcək. Hazırda təbliğat-təşviqat kompaniyasının ilk günüdür. Belə ki, tədbirlər planına uyğun olaraq Vüqar Ələbərov ,seçki darəsinin əhatə etdiyi bütün ərazilərində görüşlərin keçirilməsini planlaşdırır. İkinci Qarabağ Müharibəsində qələbəni birlikdə qazandığımız kimi, bütün problemləimizin öhdəsinddən birliyimizlə gələ biləcəyimizə inan doktor Vüqar Ələkbərova bu yolda uğurlar arzulayırıq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025