Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-07-2024, 12:00)
Azərbaycan dünya nəhənglərinin marağında - Prezidentin ŞƏT+ görüşündə verdiyi mesajlar

 Deputat: “Azərbaycanın unikallığı ondadır ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılmasında müstəsna əhəmiyyət kəsb eləyən bir ölkədir” 
“Azərbaycan həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışında deyib. Dövlətimizin başçısı bildirib: “Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.
 


Elman Nəsirov 
Mövzunu şərh edən deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirib ki, sovet ittifaqının dağılmasından sonra ikiqütblü dünyanı təkqütblü dünya əvəz etdi. ABŞ dünyanın yeganə fövqəldövləti kimi beynəlxalq arenada özünü göstərməyə başladı. Bu isə istər-istəməz beynəlxalq münasibətlər sisteminə, beynəlxalq koordinatlar sisteminə, beynəlxalq birgə yaşayış qaydalarına, beynəlxalq hüququn norma və prinsiplərinə artıq əlahiddə yanaşmalarda özünü göstərməyə başladı. Bir hegemonluq tendensiyası diqqətdən yayınmadı. Təsir isə əks təsirə bərabərdir və belə olan vəziyyətdə artıq ikiqütblü dünyadan təkqütblü dünyaya keçid və təkqütblü dünyanın isə çoxqütblü dünya ilə əvəz edilməsi labüd bir proses idi və o da bu gün baş verməkdədir. Bu gün tam məsuliyyətlə söyləmək olar ki, Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın yeni güc mərkəzi kimi formalaşdırmaqdadır. Bunun üçün çox ciddi iqtisadi, siyasi, hərbi, insani resursları var: “Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin əhalisinin ümumi sayı 3,5 milyard nəfəri ötüb keçib. İndi də Belarus ŞƏT-in Astanada keçirilən zirvə görüşündə bu siyahıya daxil oldu. Gördüyünüz kimi bu təşkilatın əhali resursları da artır. Eyni zamanda nəzərə alsaq ki, ŞƏT-ə üzv ölkələrin dünyanın ümumi daxili məhsulunda payı dörddə bir təşkil edir, bu, çox yüksək nəticədir. Ona görə də əslində bu gün Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər qlobal cənubun tərkib hissəsidir. Bu gün artıq qlobal cənub deyilən bir məfhum formalaşıb və bu nəticə etibarilə Qərbin yeritdiyi siyasətlə razılaşmayan qüvvələrin cəmləşdiyi bir məkan kimi də beynəlxalq aləmdə özünü göstərməkdədir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil, lakin bu təşkilatın strateji maraqları çərçivəsində atdığı addımlar ilə Azərbaycanın atdığı addımlar bir çox hallarda üst-üstə düşür. Bu səbəbdən də Azərbaycanı 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatına dialoq tərəfdaşı kimi qəbul ediblər. Amma əslində bu, de-yure belədir, defakto isə Azərbaycanla sanki bir təşkilatın bərabərhüquqlu üzvü kimi davranırlar. Bu da heç bir halda təsadüfi olmayıb, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə olan böyük ehtiramdan irəli gəlir”.
Deputatın sözlərinə görə, nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının həlledici dövlətlərindən biri olan Çin Xalq Respublikasının lideri Si Cinpin hələ 2015-ci ildə Prezident İlham Əliyevin bu dövlətə rəsmi səfəri zamanı söyləmişdi ki, Prezident İlham Əliyev Çin xalqının köhnə dostudur. Köhnə dost ən etibarlı dosta deyilir. Artıq ikinci dəfə Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşünə dəvət aldı: “Azərbaycanın hansı parametrlər baxımından Şanxay Əməkdaşlıq Təşkilatı üçün cəzbedici əmsalı yüksəkdir? İlk növbədə onunla bağlıdır ki, bu gün dünyada nəqliyyat dəhlizləri məsələsinin reallaşdırılması çox böyük aktuallıq kəsb eləyən məsələyə çevrilib. Azərbaycanın unikallığı ondadır ki, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılmasında müstəsna əhəmiyyət kəsb eləyən bir ölkədir və bu prosesə çox ciddi töhfələr verən dövlətdir. Bu reallığı ŞƏT-ə üzv dövlətlər qəbul eləyirlər.
Bu baxımdan Azərbaycan onlar üçün olduqca maraqlı bir tərəfdaşdır. Təsadüfi deyildir ki, Şanxay Əməkdaşlıq Təşkilatı plyus formatında keçirilən görüşdə Azərbaycan lideri İlham Əliyev məhz bu prizmadan çıxış edərək vurğuladı ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmentində üzərinə götürdüyü vəzifələri tam icra edib, bizim nəqliyyat sektorunda və bizim logistik baxımdan bütün işlərimiz hazır vəziyyətdədir. Cənab Prezident qeyd elədi ki, Bakı-Ələt beynəlxalq dəniz limanının ötürücülük qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona çatdırmaq niyyətindəyik. Eyni zamanda vurğuladı ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi kontekstində dəmiryolu yükdaşımalarının həcmini ilkin olaraq 15 milyon tona, sonra 30 milyon tona qədər yüksəltmək potensialına malikdir. Bu istiqamətdə işlər gedir. Doğrudan da Azərbaycanın xüsusilə son 20 il ərzində nəqliyyat-logistika imkanları kifayət qədər genişlənib. Bu illər ərzində Azərbaycan 19 min kilometrdən çox avtomobil yolu, 1400 km.-dən çox dəmiryol xətti istifadəyə verib. İndi isə işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda min kilometrlərlə avtomobil yolu, yüz kilometrlərlə dəmiryolu xətti çəkilməkdədir. Bu gün Azərbaycanın dəniz donanmasında gəmilərin sayı 60-dan çoxdur. Azərbaycanın hava limanında 18 təyyarəsi var. Bütün bu məqamları Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlər görürlər və bu gün dünyanın ən mühüm strateji əhəmiyyətli nəqliyyat dəhlizi Çin dəhlizidir ki, Azərbaycan da bu dəhliz çərçivəsində çox strateji yönümlü addımlar atır. Xüsusilə də Transxəzər nəqliyyat dəhlizinin işlək vəziyyətdə olması - yəni söhbət Orta dəhlizdən gedir və Azərbaycanın bu prosesə böyük töhfələr verməsi də təbii ki, onun cəlbedicilik əmsalını kifayət qədər yüksək edir”.
E.Nəsirov hesab edir ki, bütün bu məqamları nəzərə aldıqda Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin inkişafı məntiqidir. Təsadüfi deyil ki, Qazaxıstan prezidenti və Çin lideri Azərbaycanın bu təşkilata tam hüquqlu üzvlüyü məsələsini dəstəklədiklərini bəyan ediblər.шаблоны для dle 11.2

Xəbər lenti
13 07 2024
13 07 2024
13 07 2024
13 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024