Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-07-2024, 16:48)
Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Zəngəzur dəhlizi MÜZAKİRƏSİ: “Bu, yüksək diqqət və ehtiramın ifadəsidir”

 “Azərbaycan Çin-Avropa-Çin dəhlizinin həyata keçirilməsində mühüm körpüdür”.
Bunu Yenicag.az-a açıqlamasında Şanxay Əməkdaşlıq Təşkilatının Asnatada keçirilən 24-cü sammitində Zəngəzur dəhlizinin müzakirə predmeti olmasından danışan VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 



Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu gün çoxqütblü dünyanın güc mərkəzlərindən birinə çevrilməkdədir.
“Bu təşkilata artıq ikinci dəfədir ki, Prezident İlham Əliyev dəvət alır. Bu həm də Azərbaycan Prezidentinin şəxsinə olan yüksək diqqət və ehtiramın ifadəsidir”, – deyə o əlavə edib.
E.Nəsirov qeyd edib ki, dünya əhalisinin 3.5 milyardını və dünyanın ümumi daxili məhsulunun 1/4-ni təşkil edən ŞƏT ölkələri üçün Azərbaycanın cəlbedicilik əmsalı kifayət qədər böyükdür.
“Təşkilatın Səmərqənddə keçirilən sammitində ilk növbədə nəqliyyat, logistika və tranzit məsələləri müzakirə predmeti idi. Həmin tədbirdə çıxış edən İlham Əliyev Azərbaycanın bu sferada malik olduğu unikal imkanların təqdimatını keçirdi.
İyulun 4-də ŞƏT-in Astanada sayca 24-cü Zirvə toplantısı baş tutdu. Burada İlham Əliyev çoxtərəfli əməkdaşlıq çərçivəsində məsələlərin müzakirəsi zamanı Azərbaycanın müxtəlif istiqamətlər üzrə potensialını qarşı tərəflərin nəzərinə çatdırdı. Əsas olaraq vurğuladığı məqamlar isə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmentində işlərinin tamamilə yekunlaşdırılması və bu istiqamətdə təşkilatla əməkdaşlığın potensialı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində aparılan işlər və dəmir yolu nəqliyyatı daşımalarının 15 milyon tona, gələcəkdə isə 30 milyon tona çatdırılmasının hədəflənməsindən ibarət idi”, – deyə o bildirib.
O vurğulayıb ki, bu gün Azərbaycanın Xəzər dənizində 60-dan çox gəmisi, hava limanında 18 təyyarəsi, son 20 il ərzində çəkilən 20 703,6 km-lik avtomobil, 1400 km-dan çox dəmir yolu xətləri var.
“Hazırda isə işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda min kilometrlərlə ölçülən avtomobil və dəmir yolu xətləri çəkilməkdədir. Sadalanan amillər ŞƏT, xüsusilə Çin üçün Azərbaycanın əhəmiyyətini daha da artırır. Bu mənada Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin qurulması ilə bağlı xüsusi əhəmiyyətli sənəd imzalandı.
Ölkəmiz Çin-Avropa-Çin dəhlizinin həyata keçirilməsində mühüm körpüdür. Məsələyə bu kontekstdə yanaşdıqda orta dəhliz planının reallaşdırılması böyük əhəmiyyət kəsb edir. Yəni Zəngəzur dəhlizinin işə düşməsi ŞƏT ölkələri üçün mühümdür. İlham Əliyev sadalanan amilləri nəzərə alaraq ŞƏT-ə üzv dövlətləri COP-29 tədbirinə dəvət etdi.
Bu tədbir çərçivəsində Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı strateji məsələlərlə yanaşı, həm də lazımi digər mövzular gündəmə gətiriləcək. Sülh-təhlükəsizlik, nəqliyyat dəhlizinin işə salınması və Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı məsələlər Azərbaycanın təşəbbüsü ilə əsas müzakirə mövzusu ola bilər”, – deyə deputat bildirib.шаблоны для dle 11.2

Xəbər lenti
13 07 2024
13 07 2024
13 07 2024
13 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024
12 07 2024