Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-07-2024, 21:17)
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə uğurlu tərəfdaş ola bilər - RƏY

 Azərbaycanın bir sıra nüfuzlu beynəlxalq qurumların üzvü olaraq BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməsi, COP29 kimi nüfuzlu tədbirin ev sahibliyinə hazırlaşması Şanxay Əməkdaşlıq Təşkilatı ilə uğurlu tərəfdaş ola biləcəyini söyləməyə əsas verir.
Bu fikri “Report”a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O xatırladıb ki, Prezident İlham Əliyev də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılıb: "Qeyd edim ki, Prezident İlham Əliyev bu təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş toplantısında da iştirak etmişdi. Qazaxıstanın paytaxtı Astanada təşkil edilən toplantıya dəvət Azərbaycana olan yüksək etimadın daha bir nümunəsidir”.
E.Nəsirov Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında daha çox tranzit, nəqliyyat-logistika məsələlərinə toxunduğunu vurğulayıb: “Bu gün Azərbaycanın tranzit, nəqliyyat-logistika sahəsində böyük potensialı var. Son 20 il ərzində 19 min kilometrdən çox avtomobil yolu, 1400 kilometrdən çox dəmiryolu xətti çəkilib. Azərbaycanın hava donanmasında 18 təyyarə, 7 liman mövcuddur. Limanların sayının 9-a çatdırılması nəzərdə tutulur”.
VI çağırış Milli Məclisin deputatı vurğulayıb ki, bu çərçivədə əsas hədəf Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırmaqdır: “Azərbaycanla ŞƏT-i birləşdirə biləcək əsas fəaliyyət istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin artırılması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri sayəsində Azərbaycanın Çin-Avropa-Çin tranzit xəttinin vacib körpüsünə çevrilməsi, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhlizin imkanları ölkənin ŞƏT-in həmtəsisçisi olan Çinlə ticarət əlaqələrinin möhkəm, davamlı olmasına zəmin yaradır. Ümumiyyətlə, yerləşdiyi coğrafi mövqe Azərbaycana Asiya-Avropa yükdaşıma prosesində mühüm rol oynamağa imkan verir”.шаблоны для dle 11.2

Xəbər lenti
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
6 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024
5 07 2024