Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-03-2024, 20:15)
Elman Nəsirov: “Rusiyanın Ermənistana göstərəcəyi çeşid-çeşid təzyiqlərin Azərbaycana heç bir mənfi təsirləri yoxdur”

“Heç kimə sirr deyil ki, bu gün Ukrayna cəbhəsində Rusiya ilə kollektiv Qərb üz-üzə gəlib. Hətta elə kəskin şəkildə üz-üzə gəlib ki, bəzən Üçüncü Dünya müharibəsinin qaçılmaz olacağı, hətta nüvə müharibəsinin başlayacağına qədər bədbin proqnozlar verilə bilir. Çox təəssüf, Ermənistanın siyasi rəhbərliyinin yeritdiyi siyasət ona gətirib çıxarıb ki, artıq Cənubi Qafqazı bir sıra hallarda Ukrayna ilə müqayisə etməyə başlayıblar. Yəni Paşinyan hökumətinin yeritdiyi siyasət, birmənalı şəkildə Fransanın yanında yer alması, Fransa tərəfindən silahlanması, Fransa Silahlı Qüvvələrini Ermənistana cəlb etmək niyyəti, perspektivlər, Fransanın Ermənistanda hərbi bazasını qurmaq təşəbbüsləri... Bu kontekstdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq, Rusiya sərhədçilərini ölkə ərazisində qovmaq kimi planlar dediyimiz ssenariləri reallaşdıra bilər. Belə olan təqdirdə Rusiya-Ermənistan münasibətlərinin ən gözlənilməz ssenari üzrə inkişaf etməsi mümkündür. İnana bilmirəm ki, bu gün Rusiyanın siyasi rəhbərliyindəki şəxslər tez-tez belə mövqe səsləndirirlər ki, Ukrayna hadisələrinin Ermənistanda təkrarlanmasına imkan verməməliyik”.

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
 
““Ukrayna hadisələri Ermənistanda təkrarlansın” bu deməkdir ki, Ukrayanadan Rusiya necə çıxarılıbsa, analoji hadisə Ermənistanda baş verərsə, Rusiya bu prosesdə, sadəcə, müşahidəçi statusunu izləyərsə, bu, nəticə etibarilə ikinci Ukraynanı yaranmasını labüd edə bilər. Rusiya buna gedərmi? Hesab edirəm, yox. Düşünürəm, çox yaxın zamanlarda Moskvanın İrəvana qarşı kəskin iqtisadi sanksiyalarını, iqtisadi təzyiq siyasətini görəcəyik. Bu təzyiq siyasəti başlanğıcdır. Ardınca siyasi və hərbi təzyiqin olacağı istisna deyil. Əks halda, sözün həqiqi mənasında Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılması və bu ərazininin Ermənistandan istifadə etməklə Qərb siyasi-hərbi dairələrinin nəzarəti altına keçmə ehtimalı böyümüş olur. Bu reallıqda Azərbaycan dövləti öz müstəqil siyasətinə sadiqdir. Biz milli maraqlardan çıxış edən siyasət həyata keçiririk. Ölkə Prezidenti cənab İlham Əliyevin bu məsələlərlə bağlı olduqca prinsipial və qətiyyətli mövqeyi var. Bizim Rusiya ilə münasibətlərimiz həmişə normal olub. Mehriban qonşuluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz var. Hesab edirəm, Rusiyanın Ermənistana göstərəcəyi çeşid-çeşid təzyiqlərin Azərbaycana heç bir mənfi təsirləri yoxdur. Əksinə, bir çox hallarda müsbət rol oynaya bilər. Azərbaycan tərəfi prosesi diqqətlə izləyir, analiz edir, müvafiq nəticələr çıxarır. Hesab edirəm, ən düzgün siyasəti Azərbaycan dövləti həyata keçirir. Biz balanslı siyasət qurmuşuq. Müxtəlif güc mərkəzləri ilə bərabər məsafədəyik və strateji maraqlarımızı nəzərə alıb öz siyasətimizi təmin edirik”, - deputat bildirib.
шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024