Siyasət (19-04-2024, 17:32)
“Bütün bunlar ölkədə kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açır” - DEPUTAT FİKİR BİLDİRDİ


Onun sözlərinə görə, Prezident İlham Əliyev aprelin 8-də 1958-ci ildə əsası qoyulmuş Yuxarı Şirvan adlandırılan bu suvarma kanalının adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb: “Artıq Şirvan suvarma kanalı adlandırılır. Nəticə etibarilə artıq 230 min hektarlıq ərazinin su ilə təminatı reallaşdırılacaq. Bununla da həmin bölgədə kənd təsərrüfatı məhsullarının inkişafı üçün imkanlar daha da genişlənəcək.
Bundan əlavə ölkəmizdə qazlaşdırılmanın səviyyəsi 96%-ə çatıb. Elektrikləşmə məsələlərində Azərbaycan artıq ixracatçı ölkəyə çevrilib. Eyni zamanda, Azərbaycan bərpa olunan enerji sahəsində də dünyada tanınan ölkələrdən birinə çevrilib. Təsadüfi deyil ki, iqlim dəyişiklikləri ilə bağlı keçirilən COP29 tədbirinə də Azərbaycan ev sahibliyi edəcək”.
Deputat qeyd edib ki, Şirvan suvarma kanalı ilə yanaşı həm də gələn ildən Qarabağ kanalının tikintisi həyata keçiriləcək: “Qarabağ kanalı ilə 9 rayonu əhatə edəcək. Söhbət 115 min hektarlıq ərazinin suvarılmasından gedir. Bütün bu layihələrin reallaşdırılması təbii ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində uğurların əldə edilməsi üçün ciddi imkanlar yaradıb. Onu da qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğaldan azad edilməsi nəticəsində ölkəmizdə suvarma işləri yeni mərhələyə daxil olub. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkəmizin su potensialının 25%-ni özündə ehtiva edir, bu ərazilərin suvarılması üçün çox unikal şərait yaradır. Bütün bunlar onu göstərir ki, dövlət başçısının atdığı addımlar məqsədyönlüdür və ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025