Siyasət (9-03-2024, 15:26)
Deputat: "Azərbaycanda heç kim siyasi baxışına görə həbs edilmir, amma cinayətin varsa, bil ki, cəzasız qalmayacaq"

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, indi bir sıra anti-Azərbaycan siyasi dairələr yenə hay-küy kampaniyasına başlayıblar: ““Ay aman, söz, mətbuat azadlığı boğuldu, bu, mediaya, mətbuata, mediaya qarşı təzyiqdir, basqıdır...” Bu kimi ittihamlar səslənməyə başlayıb, Azərbaycanı anti-demokratik davranışda ittiham etməyə cəhd göstərirlər. Söhbət söz, mətbuat azadlığından yox, cinayətkar fəaliyyətdən gedir. Heç bir peşə sahibinin qanunun üzərində xüsusi üstünlüyü, toxunulmazlığı yoxdur. Cinayət törətmisənsə, cavabını verməlisən, hüquqi müstəvidə cəzanı almalısan. Bu, birmənalıdır. Hansı peşənin daşıyıcısı olmağın burada heç bir rol oynamır. Sadəcə, bir çox hallarda bəzi mətbuat orqanları beynəlxalq aləmin söz-mətbuat azadlığına məlum reaksiyasından sui-istifadə etmək istəyirlər. Yenə deyirəm, əvvəlcə “Abzas Media”da, indi də “Toplum TV”nin fəaliyyətində analoji prosesin fəaliyyətini görürük. Hesab edirəm, Azərbaycan hüquq-mühafizə orqanları və Dövlət Təhlükəsizliyi Xidməti bu istiqamətdə koordinasiya olunmuş fəaliyyət göstərirlər. Hansı anti-Azərbaycan beynəlxalq dairələr ölkəmizdə siyasi sabitliyi pozmaq, bu məqsəd üçün maliyyə vəsaitləri ayırmaq cəhdləri edirlərsə, onlar mütləq hüquqi müstəvidə cəzalarını alırlar. İndiki halda isə söhbət konkret pul vəsaitlərinin “Toplum TV”yə daxil olmasından gedir. Həmin pul vəsaitləri də nəticə etibarilə ölkəmizdə hansı proseslərə təsir göstərmək, hansı qanunazidd əməllər törətmək üçün istifadə olunacaq, bunun haqqında hüquq-mühafizə orqanlarımızın əlində faktlar var. Amma bir həqiqət dəyişməzdir - Azərbaycanda heç kim siyasi baxışına, siyasi mövqeyinə görə həbs edilmir. Bu, aksiom tələbi kimi qəbul edilə bilər. Azərbaycan demokratik inkişaf yolunu seçmiş, hüquqi dövlətdir. Cinayətin varsa, bil ki, cəzasız qalmayacaq. Ona görə də bu hadisələrə siyasi rəng qatmağın heç bir mənası yoxdur. Təkrarən altından xəttə çəkərək deyirəm ki, Azərbaycanda heç bir vətəndaş siyasi mövqeyinə görə cinayət məsuliyyətinə cəlb edilmir. Edilirsə, deməli, ortada ölkə qanunvericiliyinə zidd addımlar dayanır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025