Siyasət / Slayd (11-02-2024, 20:27)
MSK seçkilərin nəticəsinə dair protokolu təsdiqlədi - Yenilənib
Mediatv.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında prezident seçkilərinin nəticələri müzakirəyə çıxarılıb. Nəticələr Konstitusiya Məhkəməsinə təqdim ediləcək.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% (4577693) səslə seçkilərin qalibi olub.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
***
Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrinə dair protokolu təsdiqləyib.
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.