Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (6-02-2024, 09:08)
Prezident seçkiləriylə əlaqədar təşviqat dayandırılıb - Diqqət

Prezident seçkiləriylə əlaqədar təşviqat dayandırılıb
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat dayandırılıb.

APA xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.

Qeyd edək ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər aşağıdakılardır:

- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024