Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-02-2022, 15:56)
“Şərq Tərəfdaşlığı” sazişi niyə gecikir? - “Əsas problem...”

 Avropa İttifaqı ilə Azərbaycan arasında uzun zamandır imzalanması gözlənilən Şərq Tərəfdaşlıq sazişi hələ də tam olaraq razılaşdırılmayıb.

İlkin razılaşmalar olsa da, hər iki tərəfin sənədi imzalanması üçün yekun razılıq yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələyə toxunub.

Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırıb.

Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırladan Prezident İlham Əliyev ötən il Brüsseldə və cari il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördlü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini diqqətə çatdırdı.

Azərbaycan işğalla üzləşdiyi dövrdə bu sənədin imzalanmasında ciddi problemlərin olması təbii hal kimi qəbul olunurdu. Amma artıq müharibə bitib, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə 30 illik işğal tarixinə son qoyub, torpaqlarını işğaldan azad edib. Digər tərəfdən Prezident Avropa İttifaqı ilə imzalanacaq sazişin tezləşdirilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib.

Bu fonda Azərbaycan Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” sazişinin imzalanmasını tezləşdirə bilər? Ümumiyyətlə, sazişin imzalanmasına hansı səbəblər mane olur?
Mediatv.az-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, ilk növbədə mövcud proseslərin mahiyyətinə fikir vermək lazımdır:

“Bu ilk növbədə iqtisadi mövzulara aid olan əməkdaşlıqdır. Avropa diplomatları bunu ikitərəfli yol olaraq adlanırırlar. Yəni hər iki tərəf burada hansısa məqasədlərə nail olmaq istəyir. Avropa İttifaqı ilə iqtisadi əlaqələrin güclənməsi təbii ki, Azərbaycanın xeyrinədir.

Yeni texnologiyalar, iqtisadi üsullar, sosial layihələr və s. bu istiqamətdə tərcübə əldə edə bilər. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın enerji daşıyıcıları üçün böyük iqtisadi bazardır. Son bir neçə ildir ki, Azərbaycan bu istiqamətdə böyük layihələr həyata keçirir. Azərbaycanın neft və qaz ixracı artıq təmin olunub. Bu, indi Avropa İttifaqı rəhbərliyi tərəfindən xüsusi olaraq qeyd olunur”.

Sabiq nazir əlavə edib ki, sazişin imzalanmasına maneə olan əsas problemlər iqtisadi məsələlərdir:

“Avropa İttifaqı iqtisadi əsaslara görə qurulan bir təşkilatdır. Digər tərəfdaş ölkələrindən fərqli olaraq Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Azərbaycan xarici şirkətlər üçün çox cəlbedici bazardır. Öz hüquqlarını və yerli istehsalını qorumaq üçün Azərbaycan çalışır ki, idxal olunan mallara görə böyük gömrük faizləri əldə etsin. Bu çox mürəkkəb və vacib olan mövzudur. İlk baxışdan bu görünməsə də, hamı başa düşür ki, Azərbaycanın məqsədi yerli istehsalı təşfiq edib imtiyazlar əldə etməkdir. Bu əsas problemlərdir. Amma əgər belə bir fikir səslənirsə, deməli, bu mövzuda müəyyən razılaşmalar artıq gündəmdədir”.шаблоны для dle 11.2

Xəbər lenti
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
23 08 2025