Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-01-2023, 21:00)
Ceyhun Bayramov israilli həmkarı ilə bu məsələləri müzakirə etdi


Ceyhun Bayramov israilli həmkarı ilə bu məsələləri müzakirə etdi


Xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə telefonla danışıb.

“Mediatv.az” xəbər verir ki, danışıq zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə edilib.

Danışıq əsnasında Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı ötən il keçirilən tədbir və səfərlər xatırlanıb.

Həmçinin, Azərbaycanda yaşayan yəhudi icmasının ölkəyə verdiyi müsbət töhfə diqqətə çatdırılıb.Nazirlər, Azərbaycan ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yüksək səviyyəsini qeyd edərək, hazırkı çoxşaxəli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.
Bundan başqa iqtisadi, turizm, təhsil, ticarət, yüksək texnologiyalar və digər sahələrdə münasibətlərin inkişaf etdiyi, Azərbaycan ilə İsrail arasında Birgə Komissiyanın fəaliyyəti qeyd olunub. Münasibətlərin yüksək dinamikasının, xüsusilə də Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, habelə Səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyindən əminlik ifadə olunub.
Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb və İsrail şirkətlərinin qeyd edilən prosesdə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024