Siyasət (27-12-2022, 16:47)
Naxçıvan DTX-nin Şərur Rayon İdarəsində VƏTƏNDAŞI DÖYÜB, 20 MİN ALIBLAR

Bu gün Hurriyyet.az-a müraciət edən Naxçıvan Muxtar Respublikasının sakini Elçin Sübhan oğlu Rzayev bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şərur Rayon İdarəsi tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirib.
Atası və qardaşı ilə birlikdə Türkiyəyə sərnişin daşıyan avtobusda çalışdığını qeyd edən şikayətçinin sözlərinə görə, o, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi vəzifəsini icra edən Əşrəf İbrahimovu təhqir etmək iddiası ilə qurumun Şərur Rayon İdarəsinin əməkdaşları tərəfindən döyülüb: "Atam bilet satırdı, biz də onun yanında işləyirdik. 2018-ci ildə məni Naxçıvan Muxtar Respublikasının DTX-nin Şərur Rayon İdarəsinə çağırdılar. Orda məni döydülər. Yeri gəlmişkən, qeyd edim ki, Fazil Ələkbərov 2015-2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb. Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunduqdan sonra onun yerinə Əşrəf İbrahimov baxırdı, yəni Naxçıvan DTX rəis vəzifəsini icra edirdi. O vaxt məni Naxçıvan DTX-nin Şərur Rayon İdarəsinə çağırdıqda dedilər ki, guya mən Əşrəf İbrahimova söymüşəm. Təbii, belə bir şey olmadığndan, mən təkzib etdim və Əşrəf İbrahimovu söymədiyimi bildirdim. Naxçıvan DTX-nin Şərur Rayon İdarəsinin əməkdaşları buna əhəmiyyət vermədən məni döydülər, qulağımı partlatdılar. Məni daha çox döyən Mehman adlı şəxs idi. O hazırda işdən çıxıb".
Elçin Rzayev iddia edir ki, iki gün Naxçıvan DTX-nin Şərur Rayon İdarəsində saxlanıldıqdan sonra ondan 50 min manat gətirməsini tələb ediblər: "Dedim ki, bu qədər pulum yoxdur. Sonra dedilər ki, 20 min pul verməlisən və bunun üçün mənə 4 saat vaxt verdilər. Bildirdilər ki, əgər 20 min verməsən, onda Nəqliyyat Nazirliyinə və digər yerlərə tapşıracağıq ki, səni, atanı və qardaşını işdən çıxarsınlar. Odur ki, məcbur olub borc-xərc etdim və həmin məbləği gətirib verdim. Bir məsələni də deyim ki, Naxçıvan DTX-nin Şahbuz Rayon İdarəsinin rəisi Sərxan, Naxçıvan DTX-nin Sədərək Rayon İdarəsinin rəisi isə Azərdir. Onlar hazırda vəzifələrindədirlər. Mənim yalan danışmadığımı, prosesin necə olduğunu onlar da bilir. Atam bu işlərə, başımıza açılan oyunlara dözə bilmədi və hadisədən bir il sonra sağlam adam dünyasını dəyişdi. Onu da nəzərinizə çatdırım ki, Naxçıvan DTX-nin Sədərək Rayon İdarəsinin rəisi Azərin qardaşı, Şərur rayonunda prokuror müavini vəzifəsində çalışan Araz dünən mənə zəng vurub və qardaşının prosesdən xəbərinin olmadığını bildirib. Dedim ki, mən tələb olunun 20 mini Naxçıvan DTX-nin Şahbuz Rayon İdarəsinin rəisi Sərxan və Naxçıvan DTX-nin Sədərək Rayon İdarəsinin rəisi Azərin qabağına qoymuşam. Azər hazırda vəzifədə çalışdığı üçün özü və qardaşı məni təzyiq altında saxlayırlar. Həmin 20 minlik borca görə qardaşım 4 ildir ki, banka pul ödəyir. Vəziyyətim olduqca ağırdır, anam, övladım və qardaşım xəstədir. Qardaşımın evini banka girov qoyub pul götürüb borc qaytarıram. Amma indi banka pulu qaytarmaqda çətinlik çəkirəm".
Beləliklə, Elçin Rzayev sonda Hurriyyet.az vasitəsiylə aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, müvafiq araşdırma aparmalarını və Naxçıvan DTX-nin Şərur Rayon İdarəsi tərəfindən ondan alınan 20 min manatın geri qaytarılmasında köməklik göstərmələrini xahiş etdi.
Hurriyyet.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025