Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (23-01-2015, 20:29)
Alı Qocayevin başı cəncəlli işlərdə - Elşad Abdullayev icra başçısını da "özü ilə aparır"

Redaksiyamıza etbarlı mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tutduğu vəzifədən alınması məsələsi yenidən gündəmə gəlib. Mənbənin dediyinə görə ölkə prezidenti tərəfindən yeni hökumətin formalaşdırılması prosesi bəzi nazirlərin də öz postlarından getməsi ilə nəticələnəcək. Bundan sonra isə bir sıra rayonların icra başçıları da dəyişdiriləcək ki, onların da sırasında Alı Qocayevın də adı vardır. Əslində Samuxun icra başçısının vəzifədən alınması artıq çoxdan gözlənilən addım idi. Belə ki, Alı Qocayev ona göstərilən etimadı nə Samuxda, nə də bundan əvvəl Bakının Binəqədi rayonuna rəhbərlik edərkən doğrulda bilməmişdi. Xatırlayırsınızsa, bir müddət bundan əvvəl ölkə mətbuatında A.Qocayev tərəfindən 4 milyon manat məbləğində pulun mənimsənilməsinə dair məlumatlar yayımlanmaqda idi. Məlumatlarda bildirilirdi ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda təmir-bərpa işlərinin həyata keçirilməsi adı ilə A.Qocayev özəl banklardan birindən 4 milyon manat kredit götürüb. Lakin götürülən pullar sonradan məlum olmayan məqsədlər üçün xərclənib. O zaçan başlanan işlərin yarımçıq qalmasına rəğmən, 4 milyon manat da yoxa çıxmışdı. Məlumatlara görə, bununla bağlı Alı Qocayev hətta izahat verməli olub və o, sona qədər iddia edib ki, pulları Heydər Əliyev parkı üçün xərcləyib. Bununla belə, olayla bağlı sonradan yayılan məlumatlar Alı Qocyaevə qarşı irəli sürülən ittihamların əslində həqiqət olduğunu üzə çıxarmışdı. Mənbələr bildirmişdi ki, həmin pullardan sorumlu tutulan Alı Qocayevə hətta vəsaitin geri qaytarılması üçün vaxt da verilib. Bundan az sonra isə Samuxdakı mənbələr də xəbər vermişdilər ki, Alı Qacayev külli miqdarda borcunun olmasını yerli məmurlara da etiraf edib. 


Lakin böyük ehtimalla, A.Qocayevin karyerasına son qoyacaq müxtəlif səbəblər içərisində ən çox diqqəti cəlb edəni, onun Elşad Abdullayev qalmaqalında özünəməxsus iştirakı olacaqdır. Bu xüsusda yayılan məlumatlarda A.Qocayevin və Binəqədi rayonunun sabiq prokuroru M.Seyidovun ABU-nun sabiq rektoru ilə birbaşa korrupsiya əlaqəsinə girdikləri iddia olunurdu. Məlumatda qeyd olunurdu ki, tərəflər razılığa gəlindikdən sonra E.Abdullayev deputat seçilməsində ona göstəriləcək köməyə dair aldığı vədlərin müqabilində qarşı tərəfə bir “diplomat” çantası dolu pul verib. Lakin, Elşad Abdullayev “əməliyyatının” fiaskoya uğramasından sonra Alı Qocayev namizəddən alınan pulları son qəpiyinə qədər geri qaytarıb. Beləliklə də insident geniş ictimaiyyətin diqqətini çəkmədən həll olunub. Bir müddət əvvəl isə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Mirələkbər Seyidov Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum olundu. Alı Qocayevi isə oxşar aqibətdən onun Oqtay Əsədovla olan yaxın qohumluq əlaqələri hifz edə bilmişdi. Belə məlum olur ki, artıq bu himayə də öz potensialını tam tükətmişdir. Mənbələr isə bu məcrada hadisələrin ən yaxın günlərdə cərəyan etməyə başlayacağını proqnozlaşdırırlar...
 

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024