Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-12-2022, 13:17)
“Azad edilmiş ərazilərdə ekoloji terror bu gün də davam edir”

 “Hazırda Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır”.
“Mediatv.az” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Proqramı"na həsr olunmuş konfransda çıxış edərkən bildirib. “Təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji terror bu gün də davam edir. Buna nümunə olaraq, Ermənistan ərazisindən daxil olan transsərhəd çayların, xüsusilə Oxçuçayın ciddi çirklənməyə məruz qalmasını göstərmək olar. Beynəlxalq laboratoriyaların da cəlb olunduğu monitorinqlər nəticəsində Oxçuçayda ağır metallar və digər çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olduğu qeydə alınıb”.
Nazir qeyd edib ki, məsələ ilə bağlı beynəlxalq təşkilatlara və bir sıra dövlətlərin müvafiq qurumlarına müraciət olunub.
Onun sözlərinə görə, hazırda Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət yaradılmış İşçi Qrup tərəfindən monitorinq nəticələri təhlil edilərək Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır.шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024