Siyasət (23-12-2022, 17:36)
Naxçıvanın idarəçiliyində nələr dəyişəcək: Muxtariyyət qalacaq, yoxsa?..

"Naxçıvanda səlahiyyətli nümayəndəliyin təsisinin muxtar status ilə bağlı olan məsələyə heç bir aydiyyatı yoxdur. Muxtariyyət statusunu dəyişmək üçün mütləq referendum keçirilməli, Konstitusiyada dəyişikliklər edilməlidir”.
"Mediatv.az" bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycan Prezidentinin fəmanı ilə Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyin təsis edilməsindən sonra muxtariyyət statusunun ləğv ediləcəyi ilə bağlı dolaşan söz-söhbətlərə münasibət bildirərkən deyib.
Hüquqşünas bildirib ki, Naxçıvanda aparılan dəyişiklikdən sonra icra hakimiyyəti birbaşa Azərbaycan Prezidentinə tabe olacaq:
"Bu fərman sadəcə olaraq icra hakimiyyəti sisteminin təşkililə bağlı olan məsələdir. Prezident icra hakimiyyətinin başçısı olduğundan bu sistemi özü də təşkil edə bilər. Konstitusiya da yol verir ki, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətinə aid olmayan məsələləri Prezident icra qaydasında həll etsin. Hesab edirəm ki, Naxçıvanda səlahiyyətli nümayəndənin təyin olunması həmin icra qaydasında həll olunmalı olan məsələlər sırasına daxildir. Bu məsələnin Naxçıvanın muxtar statusu ilə bağlı olan məsələyə heç bir aydiyyatı yoxdur.
Amma göründüyü kimi, burada söhbət icra hakimiyyətinin təşkilindən gedir. Naxçıvan Ali Məclisi fəaliyyət göstərir. Oradakı məhkəmələr də olduğu kimi saxlanılır. Sadəcə, icra hakimiyyəti sistemində müəyyən dəyişikliklər edilir. Naxçıvandakı icra hakimiyyəti sistemi ikiqat tabeçilikdə idi. Bir tərəfdən, Naxçıvan Ali Məclisinin sədrinə, o, biri tərəfdən də Azərbaycan Prezidentinə tabe idi. İndi icra hakimiyyəti sistemində edilən bu dəyişiklikdən sonra birbaşa olaraq Azərbaycan Prezidentinə tabe olacaq”.
Qulamhüseyn Əlibəyli qeyd edib ki, təyin edilən səlahiyyətli nümayəndə müəyyən səlahiyyətlərə malik olsa da, icra hakimiyyəti sistemində aparıcı sistem Naxçıvan Nazirlər Kabineti olaraq qalır:
"Sadəcə olaraq, səlahiyyətli nümayəndə Prezidentin siyasətinin həmin orqanlar tərəfindən həyata keçməsinə nəzarət funksiyasına malik olacaq”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025