Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-12-2022, 11:36)
“Lazım olarsa, hamımız yığışıb Laçın yoluna getməyə hazırıq” - deputat

“Lazım olarsa, hamımız yığışıb Laçın yoluna getməyə hazırıq”
“Mən Laçın yolunda gedən prosesləri dəstəkləyirəm. Artıq bir neçə gündür ki, aksiya təşkil edilib. Orada etiraz edənlər mərd insanlardır, millətini və dövlətini sevən şəxslərdir. Onlara internet vasitəsilə də müraciət etmişəm. Qısacası, dəstəkləyirik. Əvvala, ora bizim ərazimizdir. Rus sülhməramlıları orada müvəqqəti qüvvədir, çıxacaqlar. Son hərəkətləri ilə çıxma vaxtlarını tezləşdirirlər. Bizim müvafiq dövlət qurumları orada müəyyən araşdırma aparmaq, mədənlərdəki vəziyyəti monitorinq etmək, bunun ekologiyaya təsirini öyrənmək istəyirlər və bu məsələdə də haqlıdırlar”.

Mediatv.az bildirir ki, bunu Teleqraf.com-a deputat Vahid Əhmədov deyib.

Deputat təəssüflə bildirib ki, sülhməramlılar bu məsələdə obyektiv mövqe tutmayıblar: “Əvvəl razılıq verildi, sonra buna maneə oldular. Ermənilər də dünyaya səs-küy yayırlar ki, guya azərbaycanlılar yolu bağlayıb. Yolu azərbaycanlılar deyil, rus sülhməramlılar bağlayıb. İş o hala gəlib ki, yolda Azərbaycanın müvafiq qurumlarının postlarının qurulması məsələsi səslənir. Əlbəttə, bu vacib məsələdir. Amma indi çalışmaq lazımdır ki, proses sakit getsin. Aydındır ki, orada ermənilər də var, uşaqları təxribata çəkə bilərlər. Odur ki, proses sakit keçməlidir. Lazım olarsa biz hamımız yığışıb ora getməyə hazırıq. Əsas odur ki, bu məsələ bizim istədiyimiz kimi həllini tapsın”.

Vahid Əhmədov bildirib ki, ermənilər dünyaya səs salır, çığırıb bağırırlar: “Bu da onların ənənəvi xarekterinə uyğundur. Gah deyirlər uşaqları buraxmırlar, gah deyir dərman problemi var. Bunların hamısı əsassızdır. Azərbaycan fəalları orada aksiya keçirməklə yanaşı humanitar məsələlərə ciddi diqqət edir. Qırmızı Xaç komitəsi də rahat gedib-gəlir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024