Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-12-2022, 16:00)
Rusiya Azərbaycanın iştirak etdiyi layihənin reallaşmasına mane olacaq

Rusiya Azərbaycanın iştirak etdiyi layihənin reallaşmasına mane olacaq
“Türkmənistanda keçirilən Azərbaycan-Türkiyə-Türkmənistan zirvə görüşündə əsas müzakirə edilən məsələlərdən biri türkmən qazının Avropaya çatdırılması, 25 ildir ki, Kremlə görə dalana dirənən Transxəzər boru kəmərinin çəkilməsi məsələsi oldu”.

"Mediatv.az" Reyting.az-a istinadla xəbər verir ki, bunu REAL Partiyasının funksioneri Natiq Cəfərli deyib.

N. Cəfərli bildirib ki, bu layihənin maraqlı keçmişi var: “1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-a işgüzar səfəri zamanı bu məsələ dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə yüksək səviyyədə müzakirə edilir. 1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə “PGS” konsorsiumu arasında müqavilə imzalanır. Müqaviləyə həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır”.

N. Cəfərli əlavə edib ki, 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Amma Putin Rusiyada hakimiyyətə gəldikdən sonra bu layihə gündəmdən çıxıb və “PGS” konsorsiumu ləğv edilib. Həmin illərdə Azərbaycan və Türkmənistan arasında gərginliyi yaradan və artıran isə Kreml olub.

N. Cəfərli diqqətə çatdırıb ki, Türkmənistanda baş tutan üçtərəfli görüşdən həmən sonra Rusiya TV-lərində bu layihəyə imkan verilməyəcəyini söyləyən ekspertlər peyda olub: “Hətta bəzi Kreml “qarğaları” Azərbaycanın enerji infrastrukturuna zərbələrin endirilməsi ilə bağlı təhdid dolu çıxışlar etdi - bütün bunlar əsasən Kremlin Transxəzərlə bağlı “sancılarına” görədir”.

N. Cəfərlinin sözlərinə görə, Xəzərin statusu ilə bağlı sənəd və ona aid “Ekoloji protokol” Rusiyaya Tranxəzərin reallaşmasına əngəllər yaratmağa hüquqi bəhanələr verib: “Rusiya hər cəhdlə bu layihəyə mane olmağa çalışacaq, amma həm Avropa Birliyi, həm ABŞ Transxəzər məsələsində çox böyük dəstək verməyə hazırdırlar, bundan istifadə etmək lazımdır”.

REAL funksionerinin fikrincə, bu məsələdə Rusiyanı “oyundankənar” vəziyyətdə qoymaq üçün bir yol var: “Bu haqda hələ illər öncə yazmışdım, amma indiki reallıqları da nəzərə alaraq yenidən müzakirə açmaq olar: bütün dünya qazı artıq LNG tankerlərlə daşımağa üstünlük verir, Bakıda müasir gəmiqayırma zavodu var, AB və ABŞ-ın dəstəyini, hətta maliyyə yardımını alaraq bu zavodda ya Cənubi Koreya, ya da Yaponiya (bu iki ölkə LNG tankerləri istehsalında qabaqcıl ölkələrdir) ilə müqavilə bağlayıb cəmi 4 LNG tankerin inşaasını nəzərdə tutan müqavilə imzalamaq olar. Yeni LNG tankerlərinin özündə qazı qəbul edib sıxlaşdıran, sonradan normal hala gətirən qurğular da olur - hər iki sahildə əlavə infrastruktura ehtiyac yoxdur. Cəmi 100 mln. m3 qaz daşımağa qadir olan 4 tankerlə ayda hər biri ilə 2 reys etmək mümkün olsa (çox realdır, məsafə azdır), bu, təqribən hər ay 800 mln. m3-1 mlrd. m3, ilə 10-12 mlrd. m3 arası qazın Türkmənistandan daşınmasına şərait yarada bilər. Bu isə boru çəkilməsi məsələsini aradan qaldıra, Kremlin cığallığının özünə qalmasına səbəb olar. İndiki bazarda həcmi 200-250 mln. m3 olan tankerlərin tikintisi 180-250 mln. dollar arasıdır, kiçik həcmli tankerlər (zatən Xəzər üçün həcmi kiçik tankerlər lazımdır) daha ucuz başa gələ bilər, yəni, cəmi 600-700 mln. dollara 4 müasir gəmi tikə, minlərlə yeni iş yeri yarada, ən əsası, Kremlin boru təhdidlərindən qurtula bilərik. Bu işdə AB, ABŞ, Britaniya bizim yanımızda yer alacaq”.
шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024