Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-12-2022, 17:45)
İlqar Məmmədov Prezidentə müraciət etdi


İlqar Məmmədov Prezidentə müraciət etdi


Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

“Mediatv.az” xəbər verir ki, o, dövlət başçısından “Siyasi partiyalar haqqında” yeni qanunun qüvvəyə minməsini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələməyi xahiş edib.


İlqar Məmmədov xatırladıb ki, dekabrın 16-da Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib: “Bu qanunun layihəsi parlamentdə təmsil olunan partiyaların, o cümlədən bizim təşəbbüsümüzlə hazırlansa da, gözləntilərimizin tam əksinə, ölkədə partiya sisteminin sağlam inkişafına əngəl olacaq.

Buna dair əsaslandırıcı müşahidələrimizi həm ictimai çıxışlarımızda, həm də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə ünsiyyətimizdə dəfələrlə açıqlamışıq.

Təəssüf ki, ölkə daxilində bizim ekspertizaya önəm verilmədi. Onda beynəlxalq ekspertizanı işə cəlb etməkdən ötrü AŞPA Monitorinq Komitəsi üzvlərindən xahiş etdik ki, səlahiyyətlərindən istifadə edib Venesiya Komissiyasından bu qanun layihəsi haqqında təcili rəy istəsinlər”.

İlqar Məmmədov əlavə edib ki, dekabrın 14-də Monitorinq Komitəsi belə bir rəyin istənilməsi haqda qərar verib: “Komissiyanın təcili rəyi çox qısa zaman ərzində, adətən bir neçə həftəyə tərtib edilən sənəd olur. Azərbaycanın demokratiya və insan haqları sahəsində beynəlxalq əməkdaşlığına böyük önəm verdiyimiz üçün hesab edirik ki, Venesiya Komissiyasının rəyi qanun qüvvəyə minəndən sonra mənfi olarsa, bu hal ölkəmizin dünyadakı mövqeyinə xoşagəlməz cəhətlər yükləyərək ümumi işimizə zərər vurar.

Bunu yazıb Sizdən xahiş edirəm ki, 30 illik qanunun yerini alacaq yeni qanunun qüvvəyə minməsini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələyəsiniz”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024