Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-12-2022, 16:56)
Düşmən qoşunlarını Tovuz-Qazax istiqamətinə niyə toplayır?

Düşmən qoşunlarını Tovuz-Qazax istiqamətinə niyə toplayır?
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Təhlükəsizlik Şurasının iclasını çağırıb. "Mediatv.az" JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, ötən həftənin sonları TŞ-nin iclasını keçirən baş nazirin, yenidən komandasını başına yığması yaxın gələcək üçün bölgədə təxribatların arta biləcəyindən xəbər verir. Bunu sonuncu iclasdakı çıxışlardan da təxmin etmək mümkündür.

Paşinyan çıxışı zamanı bildirib ki, onlar geniş spektrli məsələləri, o cümlədən, regiondakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər. İclasda Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyan da iştirak etməsi, sərhəddə vəziyyətin detallı şəkildə müzakirə edilməsindən xəbər verir.

Qeyd edək ki, son zamanlar İrəvan hakimiyyətinin sürətli şəkildə silahlanması, bunun üçün İran, Rusiya və Hindistandan çeşidli silahlar, o cümlədən reaktiv artilleriya və raket qurğuları alması Ermənistanın ciddi şəkildə müharibə hazırılığı içində olması deməkdir. Hərçənd İrəvan iqtidarı müharibə deyil, müdafiə olunmaq fikrində olduqlarını desələr də, erməni xarakteri bunun tam əksini demək üçün əsas verir.

Bildirək ki, Ermənistanın son davranışları, Laçın dəhlizinin bağlanmasından sonra dəyişən ritorikası da təsdiləyir ki, İrəvanın sakit durmaq fikri yoxdur. Bu məsələdə onların güvəndikləri Rusiyanın Fransa ilə əvəzlənməsi də Ermənistanın revanş niyyətində olduğu deməkdir. Hərçənd bu həvəslə onlar müharibədən sonra da yaşayırdılar və bir neçə dəfə təxribata cəhd etsələr də, ağır itkilərə məruz qalmışdılar.

Gələn xəbərlərdən də belə başa düşmək mümkündür ki, İran və Fransaya arxalanan İrəvan, Azərbaycanla sərhəddə güclənməyə, əlavə canlı qüvvə və silahlar daşımağa başlayıb. Hələ bir qədər əvvəl Daşkəsən istiqamətində canlı qüvvə və hərbi texnika cəmləşdirən ermənilər, Azərbaycanın xəbərdarlığından sonra geri çəkilsələr də, bunun davamlı olacağına şübhə yox idi. Ardından Zəngəzur istiqamətində və Tovuz-Qazax sərhəddinə yaxın ərazilərdə hərbi qüvvə cəmləşdirən Ermənistan, bununla müharibəyə ciddi hazırlaşdığını nümayiş etdirirdi. Həmin prosesin hazırda da davam etdiyi, əsasən də Zəngəzur istiqamətində düşmənin fəallaşması hərbi ekspertlər tərəfindən də dilə gətirlir.

Xatırladaq ki, Ermənistanın bu dəfəki döyüşlərdə hədəfi Azərbaycan ərazisindən keçən neft-qaz kəmərləri də ola bilər. Çünki bir qədər əvvəl Ermənistanın tanınmış siyasətçiləri belə açıq şəkildə bəyan edirdilər ki, İrəvan 44 günlük müharibə zamanı BTC və BTƏ kəmərlərini raketlə vurmalıydı. Elə Tovuz-Qazax istiqamətində qoşun cəmləşdirmənin də bu niyyəti icra etmək üçün nəzərdə tutulduğunu istisna etmək olmaz.

Düzdür, Azərbaycan Ordusu düşmənin bütün təxribatlarına və hücumların layiqli cavab vermək gücündədir. İndiyə qədər ermənilərin çoxlu sayda təxribatlarının qarşısının alınması da bunu təsdiq edir. Əgər növbəti dəfə düşmən təxribata əl atarsa, daha artıq cavab alacağına da şübhə yoxdur.
шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024