Siyasət / Slayd (17-12-2022, 15:40)
Bakıdakı məşhur taxta bazarı Talıbovdan alındı

"Mediatv.az" Yeni Sabah-a istinadən xəbər verir ki, Vasif Talıbovun itirdiyi böyük obyektlərdən biri də Bakıda “Dərnəgül yolu”nda yerləşən taxta bazarı olub. Uzun illər idi ki, Talıbovlar ailəsi bu bazarda böyük pullar qazanırlar və bu vəsaitlər rəsmiləşdirilmirdi.
Sahibkarların bildirdiyinə görə, artıq bazarda Talıbovların adamları gözə dəymir. Onlar obyektdən tamamilə uzaqlaşdırılıb. İndi taxta bazarına Bakı Şəhər İcra Hakimiyyətinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” nəzarət edir. İcarə haqları bu birlik tərəfindən rəsmi olaraq qəbul edilir və həmçinin hər bir sahibkar Dövlət Vergi Xidmətinin kassa aparatları ilə təmin olunub.
Onu da qeyd edək ki, sözügedən bazar bir neçə dəfə güclü yanğınlarla gündəmə gəlib. Burada əsas problemlərdən biri ondan ibarət idi ki, Talıbovlar bazarda Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliyə qarşı önləyici tədbirlər görməsinə imkan yaratmırdılar. Bu hadisələri də o zaman klanların savaşı kimi şərh edənlər vardı.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025