Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (20-01-2015, 19:50)
Nazim İbrahimov Abbas Abbasovla bağlı qalmaqaldan danışdı

Biz xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daxili məsələlərlə bağlı qəbul etdiyi qərarlara müdaxilə etmirik"

 

PİA.AZ xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Moskvada fəaliyyət göstərən "Azərros" Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı və orada qəbul olunmuş qərarlar barədə Trend-in sorğusuna cavabında deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan diaspor təşkilatları xarici ölkələrdə qeydiyyatdan keçmiş ictimai təşkilatlar kimi müstəqil fəaliyyət göstərir və Komitə həmin qurumların daxili məsələlərinə hər hansı müdaxilə etmir: “Təşkilatlarda baş verən daxili məsələlərə, xüsusilə də seçki proseslərinə qarışmırıq, bu barədə rəy bildirməyimiz də doğru olmaz. Bizim üçün vacib prinsip bu təşkilatların və onlara rəhbərlik edən şəxslərin Azərbaycan xalqının maraqlarına xidmət etmələri, Azərbaycan dövlətçiliyinə sadiq olmalarıdır”.
N.İbrahimovun sözlərinə görə, Azərbaycan dövləti, dövlətçiliyi ətrafında sıx birləşən hər bir təşkilatla əməkdaşlıq edilir və belə təşkilatların fəaliyyəti hər zaman Azərbaycan dövləti tərəfindən dəstəklənir.
Qeyd edək ki, yanvarın 17-də Moskvada "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı keçirilib. Qurultayda təşkilatın prezidenti Asif Məhərrəmov istefaya göndərilib, Abbas Abbasovun rəhbərlik etdiyi Ağsaqallar Şurası isə ləğv edilib.
      

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024