Siyasət / Slayd (16-01-2015, 19:53)
Abbas Abbasovun "kitabı" bağlandı - Baş nazirin sabiq müavini "vuruldu"
Dünən Moskvanın Millətlər evində AzərRos Federal Milli Mədəni Muxtariyyətinin Federal Şurasının iclası keçirilib.
İclasda Federal Şuranın 23 üzvü iştirak edib. Federal Şuranın üzvü Söyün Sadıxov Şurada üzvlük səlahiyyətlərini AzərRos FMMM-nin vitse-prezidenti Yusif Xıdırova verib. Yusif Xadırov iclasın sədri, iclasın katibi isə Federal Şuranın üzvü Nizami Bəşirov seçilib. Şuranın iclası gündəliyə qoyulan sualların baxılmasından başlayıb.
Birinci sual ilə növbədənkənar qurultayın hazırlıq və keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü Qalib Ağayev iclas iştirakçılarına Təşkilat Komitəsi tərəfindən görülən işlər barədə məruzə ilə çıxış edib. Qurultayın cari ilin 17 yanvar tarixində keçirilməsi qərarı verilib. İclas tərəfindən Təşkilat komitəsinin işi bir səslə kafi qəbul edilib. Sonra gündəliyə əsasən AzərRos FMMM-nin Prezidenti vəzifəsinə namizədlər təklif edilib. Prezident vəzifəsinə 5 namizəd çıxarılıb:
•AzərRos FMMM-nin vitse-prezidenti Yusif Xıdırov
•Udmurtiya Respublikası üzrə AzərRos Regional Milli Mədəni Muxtariyətinin rəhbəri Bəhruz Hümbətov
•Moskva vilayətinin Regional Milli Mədəni Muxtariyətinin sədri Qalib Ağayev
•AzərRos FMMM-nin Federal Şuranın üzvü Mehriban Abdullayevə
AzərRos FMMM-nin Federal Şuranın üzvü Ziyafət Surxayev
AzərRos FMMM-nin Federal Şuranın üzvü, Udmurtiya Respublikası üzrə AzərRos Regional Milli Mədəni Muxtariyətinin rəhbəri Bəhruz Hümbətov iclas iştirakşılarına ona göstərilən etibara görə təşəkkürünü bildirərək, prezidentlik vəzifəsindən öz namizədliyini qeri götürüb.
Digər məsələlərin müzakirəsi zamanı AzərRos FMMM-nin Federal Şuranın rəhbərinin Mehriban Sadıqovanın fəaliyyəti Nizami Bəşirov tərəfindən qeyri kafi qiymətləndirilib. Nizami Bəşirov qeyd edib ki, Mehriban Sadıqova Federal Şuranın 14 noyabr tarixli iclasının qərarlarına etinasızlıq ilə yanaşır, hal-hazırda keçirilən iclasda iştirak etməkdən və növbədənkənar qurultayının hazırlıq və keçirilməsi üzrə Təşkilat Komitəsinin hesabatına qulaq asmaqdan imtina edərək, Federal Şuranın üzvlərinə hörmətsizlik edir. O həmçinin vurğulayıb ki, Mehriban Sadıqovanın hərəkətləri təşkilatın nizamnaməsinə ziddir:
"Xanım Sadıqova Federal Şuranın qərarlarını həyata keçirtmək əvəzinə AzərRosun Ağsaqqalar Şurasının rəhbəri Abbas Abbasovun qərarlarını icra edir, hansı ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq, AzərRosun Ağsaqqalar Şurasına hüquqi baxımından rəhbərlik edə bilməz". Bununla bağlı Nizami Bəşirov Mehriban Sadıqovanı Federal Şurasının rəhbəri vəzifəsindən azad olunmasını təklif edib. Bu Yusif Xıdırovdan başqa hamı tərəfindən bir səslə qəbul olunub. İclas iştirakçıları tərəfindən bir səslə AzərRos FMMM-nin qurultayına kimi Federal Şurasının rəhbəri vəzifəsinə müvəqqəti Nizamı Bəşirov təyin olunub. Bununla AzərRos FMMM-nin Federal Şuranın iclası işini yekünlaşdırıb.
Qeyd edək ki, 17 yanvar tarixində keçirilməsi nəzərdə tutulan qurultaya qarşı çıxış edən Azərrosun Ağsaqqallar Şurasının rəhbəri Abbas Abbasov iclasda iştirak etməyib.
Yusif Xıdırovun sözlərinə görə, Azərrosun rəhbərliyinin fəaliyyəti nəticəsində Rusiya Azərbaycan diasporunda parçalanma mövcuddur. Y.Xıdırov qeyd etmişdir ki, - "Moskvada keçirilən Azərbaycan tədbirlərində biz iştirak etmirik, bizi müxalifət sayaraq, tədbir təşkilatçıları da dəvər etmir. Lakin mən bu təşkilatda çalışaraq, özümü müxalifət saymaq istəmirəm. AzərRos uzun illər müddətində Rusiyada yaşayan azərbaycanlıları tarixi Vətənləri ilə qovuşdurmaq istiqamətində müsbət işlər aparıb. Təəsüflər olsun ki, bu gün bu körpü dağılıb. AzərRosda baş verənlərdən xəcalət çəkirəm. Biz Rusiya ictimaiyyətinin bir parçası kimi, iki ölkə arasında birləşdirici amil olmalıyıq. İnanıram ki, yeni rəhbərliq mövcud olan intriqalara son qoyacaq, təşkilatın üzərində olan çirkabdan azad olacaqdır. Bizim əsas vəzifəmiz təşkilatın tarixi Vətənimiz ilə münasibətlərinin bərpası, gələcək nəsillərə doğru yolun göstərilməsi və onlara nümünə olmaqdır".
Tanınmış hüquqşünas, AzərRos FMMM-nin banilərindən biri Nizami Bəşirov qeyd edib ki, Azərros federal milli-mədəni muxtariyyət olaraq, azərbaycanlıları Rusiyada təqdim edir:
"Təəssüflər olsun ki, bu gün biz bu hüquqdan məhrum olmuşuq. İnanıram ki, qurultaydan sonra biz tam şəkildə təşkilatımızın təmiz adını bərpa edəcəyik" - deyə Nizami Bəşirov vurğulayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024